Britaniya Azərbaycana girişlə bağlı səyahət tövsiyəsini yeniləyib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi regionda davam edən gərginlik fonunda İranla həmsərhəd ölkələrə girişlə bağlı səyahət tövsiyələrini yeniləyib.
APA xəbər verir ki, yenilənmiş tövsiyələr Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyəyə şamil edilib.
Rəsmi məlumatda bildirilir ki, İranın qonşu ölkələrlə sərhədlərində xarici vətəndaşlar üçün məhdudiyyətlər tətbiq oluna və sərhəd-keçid məntəqələri qısa müddətdə bağlana bilər.
İranda olan və quru sərhədi vasitəsilə ölkəni tərk etməyi planlaşdıran şəxslərə sərhədə yollanmadan əvvəl daxil olacaqları ölkənin aktual səyahət tövsiyələrini, o cümlədən viza tələblərini yoxlamaq tövsiyə olunub.
Qeyd olunub ki, səyahət tövsiyələri Böyük Britaniya vətəndaşları üçün risklərin qiymətləndirilməsinə uyğun olaraq mütəmadi şəkildə yenilənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 02 Mart 2026 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















