Icma.az
close
up
RU
Britaniya Azərbaycanda keçiriləcək COP29 tədbirini qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır

Britaniya Azərbaycanda keçiriləcək COP29 tədbirini qlobal iqlim fəaliyyəti üçün həlledici məqam sayır

Operativmedia saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Londonda Britaniya Kralı Üçüncü Çarlzın patronajı altında təşkil edilən COP29 qabağı beynəlxalq iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfransda Azərbaycanı təmsil edib.

Böyük Britaniya Səfirliyindən "Operativ Media"ya verilən verilən məlumata görə, biznes liderləri, səfirlər, sənaye liderləri və COP Troykasına daxil olan Azərbaycan, BƏƏ və Braziliyadan rəsmilərin qoşulduğu tədbirə Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband, Britaniyanın inkişaf məsələləri üzrə naziri Anneliese Dods və ətraf mühit naziri Steve Reed həmsədrlik ediblər.

Konfrans zamanı alternativ enerjiyə keçidin maliyyələşməsinə həsr olunmuş müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifov dünyada karbon emissiyalarının azaldılması üçün yaşıl enerji keçidinin vacibliyinə toxunaraq, Azərbaycanda keçiriləcək COP29 tədbirinin beynəlxalq iqlim maliyyələşməsi barədə razılığın əldə olunması və ümumilikdə iqlim fəaliyyətinin irəli aparılması baxımından oıduqca vacib məqam olduğunu deyib. Nazir bildirib ki Azərbaycan tədbirin uğurla nəticələnməsi üçün əlindən gələni etməkdədir.

Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband çıxışında COP29un həlledici əhəmiyyətini vurğulayaraq ölkəsinin Bakıda keçiriləcək tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını və iqlim maliyyəsinin razılaşdırılması istiqamətində aparıcı rol oynayacağını qeyd edib.

Daha sonra Britaniya Kralı Üçüncü Çarlz tədbiriştirakçılarının şərəfinə Bukinqem Sarayında ziyafət verib.Həmin ziyafətə Britaniyanın xarici işlər naziri David Lammy də qatılıb.

Ziyafət əsnasında maliyyə naziri Samir Şərifov Beynəlxalq dayanıqlılıq və iqlim fəaliyyəti məsələsini hər zaman diqqətdə saxlayan Britaniya Kralı Üçüncü Çarlz ilə də qısa söhbət aparıb. Nazir Samir Şərifov Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Britaniya Kralına çatdırıb. Öz növbəsində Kral Üçüncü Çarlz minnətdarlıq edərək onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Söhbətin davamında Britaniya Kralı COP29un vacib əhəmiyyətini vurğulayaraq tədbirin uğurla keçməsini arzu etdiyini deyib.

Tədbirin sonunda qəbul edilən yekun sənəddə qlobal biznes və sənaye liderləri ölkəmizdə keçiriləcək COP29a dəstək ifadə edib.

Konfrans barədə Britaniya hökumətinin rəsmi internet səhifəsində məlumat yayılıb. Məlumatda Britaniya hökumətinin COP29da aktiv iştirak etməsinə hazırlıqların getdiyi qeyd edilib:https://www.gov.uk/government/news/government-and-business-leaders-come-together-to-accelerate-climate-action-before-cop2

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 09 Noyabr 2024 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see157

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see124

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri