Icma.az
close
up
RU
Britaniya da Zelenskinin “qələmini qırıb”

Britaniya da Zelenskinin “qələmini qırıb”

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Ukrayna lideri Londona səfərində Zalujnı ilə barışıb, amma...

“Volodimir Zelenski Ukrayna müharibəsində sülhə maneəyə çevrilib”.

“Arqumentı i faktı” xəbər verir ki, bu barədə “Times” nəşri yazıb.

“Times” britaniyalı nazirlərdən birinə istinadən yazır ki, Zelenski danışıqlar aparmağa qadirdir, lakin üç illik müharibədən “dərin tükəndiyi” üçün “pis qərarlar vermək riski”var: Zelenskinin sülh prosesinə əngəl olduğu haqda Londonda pıçıltılarla və bağlı qapılar arxasında ifadə olunur.

“Zelenski həyata keçirmək məcburiyyətində qalmayacağı təkliflər verməyi öyrənib. Bu yaxınlarda onun Ukraynanın sülh razılaşmasının bir hissəsi kimi NATO-ya qoşulması müqabilində prezident vəzifəsindən getməyə hazır olduğunu elan etməsi, təxminən Putinin sabah yuxudan oyanıb bütün qoşunlarına evə dönməyə əmr etməsi kimidir qeyri-realdır”.

“Times” yazır ki, Trampın sülh üçün təzyiqi artacaq – belə ki, hətta Zelenskini dəstəkləyən avropalı siyasətçilər arasında onun bundan sonra “sağ qalmasını təhlükəli olduğuna” inananlar var.

Qəzet yazır: “Döyüş meydanında ciddi məğlubiyyət Ukraynada açıq siyasi parçalanmalara gətirib çıxarar. Zelenskiyə və onun siyasətinə qarşı daha açıq müqavimətə səbəb ola bilər. Zelenskinin strategiyası ondan ibarətdir ki, ordusu danışıqlar davam etdiyi müddətdə cəbhə xəttini saxlaya biləcək, ukraynalılar isə hətta ABŞ-ın silah tədarükünün azalmasına baxmayaraq, raket zərbələrinə dözə biləcəklər”. Qəzet ABŞ vites-prezidentinin “ümid strategiya deyil” sözlərini sitat da gətirib.

Yada salaq ki, Britaniya ilə Ukrayna bundan əvvəl “100 illik” müqavilə imzalayıbla. Ukrayna prezidenti uğursuz Ağ Ev danışıqlarından birbaşa Britaniyaya gəlmişdi və baş nazir Keir Starmer ilə danışıqlar aparmışdı.

Britaniyanın baş naziri demişdi ki, Zelenski ilə görüşən Stammer “Rusiyanın qeyri-qanuni müharibəsinə son qoymaq üçün bir yol tapmaq əzmində olduğunu bir daha təsdiqləyib. Baş nazir Ukraynaya sarsılmaz dəstəyini təkrarlayıb və əlavə etdi ki, Böyük Britaniya hər zaman onların yanında olacaq, nə qədər uzun olsa da”.

Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında son mübahisə fonunda onun siyasi rəqibi, Kiyevin Londondakı səfiri Valeri Zalujnı ilə münasibətləri gözlənilmədən istiləşib. Bu barədə “Nezavisimaya qazeta” yazıb. Bildirilir ki, onlar bu yaxınlarda Britaniyanın paytaxtında görüşüblər və bundan sonra Zelenski Zalujnını Ukraynanın Beynəlxalq Dəniz Təşkilatında (IMO) daimi nümayəndəsi təyin edib.

Ehtimal edilir ki, iki potensial rəqib arasında barışıq yalnız Ukraynadakı prezident seçkilərinə qədər davam edəcək. Müşadiçilərə görə, bu barışıqda hər bir tərəf özünü xilas etməyə çalışır. Belə ki, Zalujnı uzun müddətdir ki, Rusiya Silahlı Qüvvələrinin cəbhənin əsas sahələrindən birində irəliləyişlə bağlı cinayət işində iştirak edir. Hələlik şahid qismində olsa da, statusunun dəyişməsini istisna etmək olmaz. Ona qarşı cinayət işi açılsa və hansısa sanksiyalar tətbiq edilərsə, bu, onu seçki yarışından kənarlaşdırmaq riski yaradacaq. Eyni zamanda, görünür, Vladimir Zelenski də rəqibini tərəfdaşa çevirməyə çalışır. Bu məqsədlə Zalujnıya gələcəkdə parlamentin spikeri vəzifəsi və ya pul da təklif oluna bilər./Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Mart 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri