Icma.az
close
up
RU
Britaniya niyə “susur”? ŞƏRH

Britaniya niyə “susur”? ŞƏRH

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Qlobal münaqişələrin artdığı dövrdə bəzi böyük dövlətlərin reaksiyası xüsusilə diqqət çəkir. Bu kontekstdə Britaniyanın bəzi müharibələrə münasibətdə daha ehtiyatlı və səssiz mövqe sərgilədiyi barədə fikirlər tez-tez səsləndirilir. Bəs Britaniya niyə bu münaqişələrə açıq və sərt reaksiya verməkdən çəkinir? Bu, strateji balans siyasətidir, yoxsa siyasi və iqtisadi maraqlarla bağlıdır?
Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, burada artıq hər ölkənin fərqli maraqları var:
“Məsələn, ABŞ-nin Yaxın Şərq bölgəsi və İran məsələsi ilə bağlı öz maraqları mövcuddur, Britaniyanın və Avropa İttifaqının isə ayrıca maraqları var. Bəzən bu maraqlar kəsişir, bəzən toqquşur, bəzən isə tərəflər neytral mövqe tutmağa çalışırlar. Ən əsas parçalanma Trampın ABŞ administrasiyasında yaratdığı yeniliklərdən sonra baş verdi. Trampdan əvvəl ABŞ və Britaniya adətən tandem şəklində, birlikdə çıxış edirdi. Lakin bu tandem pozuldu. Hətta Tramp Britaniyanın hələ də kral mülkü sayılan Kanadaya və digər ərazilərə dair iddialar səsləndirdi. Eyni zamanda NATO müttəfiqlərinə və Britaniyaya açıq şəkildə bildirdi ki, ABŞ-nin onlara ehtiyacı yoxdur, əksinə, onların ABŞ-nin müdafiəsinə ehtiyacı var. Tarixi müharibələr və digər məsələlər fonunda faktiki olaraq bir çox müttəfiq ölkələrə qarşı iqtisadi təzyiq siyasəti yürüdü”.
O qeyd edib ki, belə şəraitdə Britaniya əvvəlki kimi qeyd-şərtsiz ABŞ-ni dəstəkləmədi:
“İranla bağlı gərginlik zamanı bunu dəfələrlə müşahidə etdik. Əvvəl müəyyən dəstək göstərildi, sonra geri çəkildi, daha sonra qismən dəstək verildi, lakin ardınca baş nazir bəyan etdi ki, bu onların müharibəsi deyil və Britaniya ordusu iştirak etməyəcək. Bununla yanaşı, Britaniyanın atom sualtı qayığının bölgəyə göndərilməsi ilə bağlı məlumatlar yayıldı. Lakin son açıqlamalarda yenidən vurğulandı ki, Britaniya bu müharibədə iştirak etmir və bunu leqal müharibə hesab etmir. Bütün bunlar göstərir ki, ABŞ və Britaniyanın Yaxın Şərq və İranla bağlı planları tam üst-üstə düşmür. Digər tərəfdən, Britaniya da Avropanın digər ölkələri kimi ABŞ-dan istədiyini tam ala bilmir və Trampın müttəfiqlərlə hesablaşmadan hərəkət etməsi narazılıq yaradır. Eyni zamanda Britaniyanın bölgə ilə bağlı özünəməxsus siyasəti də mövcuddur. Hətta belə bir yanaşma da mümkündür ki, Britaniya ABŞ-nin, xüsusilə Trampın bu bölgədə çətin vəziyyətə düşməsindən müəyyən mənada faydalanmaq istəyir. Avropa İttifaqı və ümumilikdə Avropa siyasi elitası üçün də bu vəziyyət bir fürsət kimi qiymətləndirilə bilər. Almaniya və Fransa timsalında da görürük ki, onlar Trampın düşdüyü çətin vəziyyətdən maksimum istifadə etməyə çalışırlar. Beləliklə, demək olar ki, tərəflər bu vəziyyətdən öz maraqları çərçivəsində yararlanmağa cəhd edirlər”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2026 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri