Britaniya parlamentarisi : Azərbaycanla bağlı uşaqlıq xatirələrim bugünkü əməkdaşlığa ilham verir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan mənim uşaqlıq illərimdə böyük rol oynayıb. Çünki 1990-cı illərin əvvəllərində atam Azərbaycanda investor idi və buraya tez-tez gəlirdik. Bakının bir çox tarixi məkanları ilə bağlı xoş xatirələrim var. Ona görə də, indi 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunda çıxış etmək mənim üçün böyük fəxrdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Sarfraz 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində səsləndirib.
İki ölkə arasında strateji münasibətlərin olduqca uğurla davam etdiyini deyən Lord Aamer Sarfraz vurğulayıb: “Düşünürəm ki, bu əməkdaşlıqlar yalnız dövlət idarələri arasında deyil, həm də Azərbaycanda və Böyük Britaniyadakı özəl sahibkarlar, özəl investorlar arasında da inkişaf etməlidir. Həmçinin süni intellekt sahəsində uğurlu əməkdaşlıq addımları atıla bilər. Özəl şirkətlərin, sahibkarların qarşılıqlı münasibətlərini genişləndirmək bir çox sahədə əlaqələri inkişaf etdirmək üçün fürsət yaradacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Sentyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















