Britaniya, Polşa və Şimali Avropa müdafiə fondu yaratmağı müzakirə edir
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məqsəd aşağı qiymətə silahların birgə alınması, müdafiə ehtiyacları üçün sərfəli kreditlərin alınması imkanlarının yaradılmasıdır
Böyük Britaniya, Polşa və Şimali Avropa ölkələrinin hakimiyyət orqanları müdafiə ehtiyaclarını maliyyələşdirmək üçün birgə fondun yaradılmasını müzakirə edirlər. AYNA.AZ xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşrinə iki avropalı diplomat və bir məmur məlumat verib.
Onların fikrincə, əsas məqsəd daha aşağı qiymətə silahların birgə alınması, eləcə də müdafiə ehtiyacları üçün sərfəli kreditlərin alınması imkanlarının yaradılmasıdır.
Aİ diplomatları təsdiqləyiblər ki, Britaniya tərəfi ötən həftə İsveç, Finlandiya, Danimarka, Hollandiya və Polşanın maliyyə orqanlarının nümayəndələri ilə bu ideyanı müzakirə edib. Tərəflərin müzakirələri gələn həftə Varşavada keçiriləcək Aİ maliyyə nazirlərinin görüşü zamanı davam etdirəcəyi gözlənilir.
“Politico” yazır ki, təşəbbüs aşağı dövlət borcunu saxlayaraq hərbi xərclərə böyük vəsait xərcləməyə hazır olan Avropa ölkələri üçün açıq ola bilər. Bu, Fransa, İtaliya və İspaniya da daxil olmaqla əksər Cənubi Avropa ölkələrinin iştirakını istisna edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















