Icma.az
close
up
RU
Menu

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Britaniya rəqəmsal məkan üzərində dövlət nəzarətini sərtləşdirir

Britaniya rəqəmsal məkan üzərində dövlət nəzarətini sərtləşdirir

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniya sosial platformaların tənzimlənməsindən vətəndaşların ifadə azadlığına nəzarət etməyə doğru iri addımlarla hərəkət edir.

Ölkədə rəqəmsal məkan üzərində dövlət nəzarətinin yeni və getdikcə daha sərt modeli formalaşır.

Məsələ artıq yalnız uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi, qanunsuz məzmunla mübarizə və ya sosial platformaların məsuliyyətə cəlb olunmasından ibarət deyil.

Məsələ daha fundamental xarakter daşıyır, dövlət sosial platformaların fəaliyyətinə nə qədər müdaxilə edə bilər və bu müdaxilə hansı mərhələdə milyonlarla vətəndaşın nə demək, nə yazmaq və nəyi paylaşmaq hüququna nəzarət mexanizminə çevrilir.

Böyük Britaniyada qəbul edilmiş Online Safety Act bu baxımdan ölkədə insan və media azadlıqları üçün prinsipial dönüş nöqtəsi hesab edə bilərik.

Yeni Qanun internet platformalarının üzərinə geniş hüquqi öhdəliklər qoymaqla yanaşı, Britaniyanın kommunikasiya tənzimləyicisi Ofcom-a son dərəcə geniş səlahiyyətlər verib.

Qanunun ən ciddi alətlərindən biri maliyyə sanksiyalarıdır. Qaydaları pozmaqda şübhəli bilinən  sosial platformalara ən azl 18 milyon funt-sterlinqədək və ya bu sosial platformanın dünya üzrə müvafiq gəlirlərinin 10 faizinədək , (hansı məbləğ daha böyükdürsə) o qədər cərimə tətbiq ediləcək.

Britaniya höküməti daxili mediada bu təşəbbüsü adi inzibati cərimə tətbiqi kimi təqdim etsə də, reallıq tam fərqli və qorxuludur.

Söhbət dünyanın ən böyük texnologiya şirkətləri üçün belə milyardlarla dollarla ölçülə biləcək maliyyə təzyiqindən gedir.

Belə bir cəza mexanizmin siyasi nəticəsini görməmək mümkün deyil.

Əgər dövlət qlobal platformanın maliyyə taleyinə təsir edə biləcək qədər güclü sanksiya aləti əldə edirsə, həmin platformanın Britaniya hakimiyyətinin müəyyən etdiyi qaydalara maksimum dərəcədə uyğunlaşmaq üçün nəhəng “stimul” yaradır.

Britaniya hökümətinin rəsmi izahı, güya məqsədlərinin  istifadəçiləri və onların hüquqlarını qorumaq məqsədi kimi təqdim edilir.

Ancaq burda məntiqi bir sual yaranır: platformaları nəhəng maliyyə cərimələri qarşısında saxlayan dövlət, nəticədə onların istifadəçilərinin ifadə etdiyi fikirlərin hansı hissəsinin görünəcəyinə, hansı hissəsinin silinəcəyinə və hansı məzmunun riskli hesab ediləcəyinə dolayı yolla təsir imkanını da əldə etmirmi?

Burada söhbət artıq sadəcə internet təhlükəsizliyindən getmir. Söhbət informasiya məkanında hakimiyyətin sərhədlərindən gedir.

Lakin məsələ bununla da bitmir. Platformalara nəzarət bu problemin yalnız bir tərəfidir.

Daha ciddi sual ondan ibarətdir ki, Britaniyada dövlətin müdaxilə imkanları artıq platformaların öz fəaliyyəti ilə məhdudlaşmır.

Müəyyən hallarda vətəndaşların öz onlayn kommunikasiyaları da cinayət təqibinin predmetinə çevrilə bilir.

Online Safety Act çərçivəsində vətəndaşlar üçün də yeni kommunikasiya cinayətləri qüvvəyə minib.

Bununla yanaşı, mövcud kommunikasiya qanunvericiliyinin tətbiqi də sosial şəbəkələr, elektron məktublar, mesajlar və digər rəqəmsal kommunikasiyalarla bağlı cinayət təqiblərinə imkan verir.

Kiçik bir araşdırma ilə  diqqəti çəkən başqa bir neçə faktla rastlaşdım.

İngiltərə və Uelsdə 37 polis bölməsindən əldə edilmiş məlumatlara əsasən, 2023-cü ildə ifadə azadlığına görə 12 183 vətəndaşın həbs faktı qeydə alınıb.

Bu həbslərin hamısı   “Communications Act 2003”  - 2003-cü il “ Kommunikasiyalar haqqında Qanuna” və “Malicious Communications Act 1988” - 1988-ci il “Zərərli Kommunikasiyalar haqqında Qanun”əsasən  həyara keçirilib.

Qeyd edim ki, 2018-ci ildə bu göstərici cəmi  5 502  olub və beş il ərzində bu kateqoriyalar üzrə qeydə alınmış həbslərin sayı iki dəfədən çox artıb.

Qeyd edim ki, bu statistik məlumatlat heç də  bütün polis bölmələrini əhatə etmir.

Bu rəqəmləri mediada “12 mindən çox insan sosial şəbəkə paylaşımına görə cəzalandırılıb” kimi də təqdim etmək olardı, amma hökümət və yerli media  ölkənin beynəlxalq nüfuzu məsələsinə görə bu haqda susmaq qərarı alıb.

Belə faktlar demokratik cəmiyyətlər üçün  çox ciddi suallar doğurur : 

- Dövlət rəqəmsal kommunikasiya üzərində nə qədər nəzarət əldə etməlidir?

- və bu nəzarətin sərhədini kim müəyyənləşdirir?

Burda həm də vətəndaşların real hekayələri haqqında yazmaq yerinə düşər.

Son illərdə Britaniyada sosial şəbəkələrdəki paylaşımlarla bağlı çoxlu sayda real həbs, cinayət təqibi və məhkəmə prosesləri baş verib.

Nümunə üçün bir neçəsini yazıram:

- “Lucy Connolly İşi”

2024-cü ilin iyulunda Lucy Connolly, X platformasında hökümətin  miqrasiya  siyasəyinə etiraz xarakterli paylaşımlar yayımlayıb.

Lucy Connolly hökumətin miqrasiya siyasətinin tənqid etdiyi üçün 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Və məhkəmə  predmetində onun işi  zorakılığa və irqi nifrətə çağırış xarakterli məzmun kimi təsnufatlandırılıb.

Sosial şəbəkələrdəki paylaşımlarla bağlı real həbs, cinayət təqibi və məhkəmə prosesləri üzrə göstərmək istədiyim ikinici nümunə “Tyler Kay İşi” dir.

Tyler Kay sosial şəbəkədə Lucy Connolly  postlarını paylaşdığı üçün 38 ay müddətinə həbs cəzası alıb.

Burada “maraqlı” məqam ondan ibarətdir ki, Britaniya qanunvericiliyində yalnız orijinal paylaşım deyil, müəyyən hallarda başqasının materialının yayılması da hüquqi məsuliyyət doğura bilir.

Ayrı bir nümunədə, Jordan Parlour “Facebook”da Lids şəhərində miqrasiya özbaşbalığına etiraz etdiyi üçün məhkum olunaraq 20 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu işlərə bir yerdə baxdıqda aydın olur, sosial şəbəkədə yazılan söz artıq yalnız sosial reaksiya doğuran fikir deyil, müəyyən hallarda cinayət hüququnun predmetinə çevrilə bilir.

Diğər bir nümunə isə “Wayne O’Rourke İşi”dir və ailəsi onun üç il müddətinə azadlıqdan məhrum olunmasını qatı anti-hökumət mövqeyi ilə izah edir.

Bu hallar Britaniyada dövlətin onlayn fikir azadlığına müdaxilə imkanlarının nə qədər ciddi olduğunu göstərir.

Daha fərqli hadisə “Bernadette Spofforthun İşi” idi.

Spofforth bir neçə gün həbsdə qalsa da, sonradan ona qarşı cinayət işi açılmır, çünki ekspertiza qadının öz sosial plarforma hesabında paylaşdığı fikirlərinin  araşdırma və ittiham üçün  yetərsiz olması ilə bağlı rəy verir.

Burada çox mühüm bir məqam var, insanın məhkum edilməməsi onun dövlət müdaxiləsi ilə üzləşmədiyi anlamına gəlmir.

Bir neçə günlük və ya hətta saatlıq saxlanmanın özü, polis sorğusu və istintaq prosesi vətəndaşa ciddi psixoloji və sosial təsir göstərə bilər.

Bu, hal söz azadlığının “soyuducu effekti” adlandırılan  problemidir, çünki insan sonrakı paylaşımını yazmazdan əvvəl artıq özünü senzura etməyə başlayır.

Araşdırma zamanı bəlkə də ən diqqətçəkən hadisələrdən biri “Maxie Allen və Rosalind Levine” in cütlüyün işidir.

Burada söhbət nə zorakılığa çağırış, nə terrorçuluq, nə də irqi nifrət kimi təsnifatlandırıla bilən bir işdən gedir.

Təsəvvür edin ki, valideynlər övladlarının məktəbi ilə bağlı tənqidi fikirlərindən və “WhatsApp” qrupundakı müzakirələrdən sonra həbs olunublar.

“WhatsApp” qrupundakı tənqiddən sonra, 2025-ci ilin yanvar ayında altı nəfər polis əməkdaşı onları həbs edib və bir neçə saat polis nəzarətində saxlayır, bu haqda məlumatlar və yazışmalar media sızdıqdan sonra istintaq dayandırıllr.

Hət iki valideynin 8 saat həbsi üzərindən nəzarətsiz qalan azyaşlı övladlarının stress sonrası xəstələnməsi və həbsin ümumuyyətlə qanunsuz olması  üzərindən məhkəmə “Hertfordshire Police” idarəsinin 20 min funt-sterlinq təzminat ödəməsi haqqında qərar çıxarır.

Bu hadisə artıq tamamilə başqa sual doğurur , əgər vətəndaşın məktəb rəhbərliyini və ya yerli qurumu tənqid etdiyi yazışma polis müdaxiləsinə səbəb ola bilirsə, onda ölkədə söz azadlığının real sərhədi haradadır?

Britaniya höküməti, əlbəttə, deyə bilər ki, məqsəd senzura deyildi.

Hüquqi baxımdan Britaniya prokurorluğu özü də media açıqlamalarında bildirir ki, qeyri-populyar siyasi fikirlər, satira, yumor və insanları narahat edən və ya şoka salan ifadələr avtomatik olaraq cinayət təqibinə səbəb olmamalıdır. Lakin demokratik sistemlərdə insan və ifadə azadlıqları, yalnız qanunun mətninə görə deyil, dövlət institutlarının yaratdığı real davranış mühiti ilə də qiymətləndirilir.

Əgər bir tərəfdən dövlət platformalara milyardlarla ölçülə biləcək cərimələr tətbiq etmək imkanına malikdirsə, digər tərəfdən polis vətəndaşların sosial şəbəkə, elektron poçt və mesajlaşma platformalarındakı ifadələrinə görə müdaxilə edə bilirsə, onda artıq sadəcə “təhlükəsizlik” anlayışından danışmaq yetərli deyil.

Burada hakimiyyətin rəqəmsal informasiya məkanı üzərində nəzarət ambisiyasının sərhədləri müzakirə edilməlidir. Çünki məsələ yalnız platformanın özünü idarə etmək deyil, məsələ platformanın nəyi siləcəyinə, nəyi məhdudlaşdıracağına və hansı məzmunu riskli hesab edəcəyinə təsir etməkdir.

Bu mərhələdə artıq söhbət internet təhlükəsizliyindən daha böyük bir məsələdən, ifadə azadlığının özündən gedir.

Əgər platformalar milyardlarla ölçülən cərimə təhlükəsi altında fəaliyyət göstərirsə, vətəndaşlar isə öz paylaşım və yazışmalarına görə polis müdaxiləsi ilə üzləşmək ehtimalını nəzərə alaraq özlərini əvvəlcədən senzura etməyə başlayırlarsa, onda ortaya çox ciddi siyasi problem çıxır.

Burda “Freedom House”un 2025-ci il hesabatına görə, Böyük Britaniyada internet azadlığının səviyyəsi əvvəlki illə müqayisədə aşağı düşməsini də qeyd etmək yerinə düşür.

Hesabatda ölkə internet azadlığı baxımından “azad” statusunu qorusa da, onlayn ifadə azadlığına qarşı hüquqi və institusional təzyiqlərin artmasının ciddi narahatlıq doğurması haqqında ciddi arqumentlər var.

Bir sözlə, bu artıq sadəcə “online safety” məsələsi deyil. Bu, dövlət hakimiyyətinin rəqəmsal informasiya məkanında sərhədlərini müəyyənləşdirmək istəyi, rəqəmsal informasiya məkanına nəzarət təşəbbüsləri məsələsidir.

Yeganə Hacıyeva,

Mətbuat Şurası İdarə Heyətinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 31 Avqust 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see331

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see327

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see320

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see319

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see282

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see244

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see220

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see218

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see216

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see206

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see203

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see187

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see179

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see176

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see171

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see161

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see158

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see156

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri