Britaniya səfərlərini milyarder ödəyəcək
Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şahzadə Harri və Meqan Marklın Böyük Britaniyaya qayıdışının maliyyələşdirilməsi ilə bağlı yeni məlumat yayılıb.
Axşam.az xəbər verir ki, “Page Six”in məlumatına görə, cütlüyün Britaniyaya köçünə milyarder Yan Ueys maddi dəstək göstərir. Onun sərvətinin təxminən 1,2 milyard dollar olduğu bildirilir. Məhz Ueysin Sasseks hersoqu və hersoginyasının ölkəyə qayıdışının təşkili ilə bağlı prosesə kömək etdiyi iddia olunur.
Qeyd olunur ki, iyulda Harri, Meqan və övladları – şahzadə Arçi və şahzadə Lilibet Şotlandiyada biznesmenə məxsus Teyner-Mor adlı şəxsi adada olublar. Meqan Ueysin keçmiş həyat yoldaşı, model Saffron Aldric ilə də yaxın münasibətdədir. Bildirilir ki, o, 2018-ci ildə Harri ilə evləndikdən sonra Meqana Britaniya aristokratiyası və moda ilə bağlı məsləhətlər verib.
Ueys və Harrinin yaxınlaşmasında şəxsi faciələrin də rol oynadığı qeyd edilir. Milyarderin ilk həyat yoldaşı və iki övladı 1994-cü ildə avtomobil qəzasında həyatını itirib. Harri isə anası, şahzadə Diananı avtomobil qəzasında itirib.
Hazırda Harri və Meqanın Kotsuold bölgəsində ev axtardıqları bildirilir. Bu ərazi kral III Çarlz və kraliça Kamillanın iqamətgahının yaxınlığında yerləşir. Cütlüyün övladlarının yaxın zamanda Böyük Britaniyada təhsilə başlayacağı, Harri və Meqanın isə öz layihələri üzərində işləməyə davam edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 30 Avqust 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















