Britaniya texnologiya şirkətləri üçün onlayn təhlükəsizlik qaydaları tətbiq edib AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
London, 16 yanvar, AZƏRTAC
Böyük Britaniya hökuməti onlayn təhlükəsizlik rejimi çərçivəsində texnologiya şirkətləri üçün ilk təcrübə qaydalarını tətbiq edib.
AZƏRTAC xəbər verir ki, bu qaydalar sosial media platformalarını qanunsuz fəaliyyətlərlə mübarizə aparmağa və təhlükəsizliyi artırmağa məcbur edir.
Media tənzimləyicisi “Ofcom” uşaq cinsi istismarı və intihara təşviqlə mübarizə üçün təlimatlar yayımlayıb. Şirkətlər 16 mart 2025-ci il tarixinə qədər uşaqlar və böyüklər üçün riskləri müəyyən etməli və daha yaxşı moderasiya, hesabat funksiyaları kimi tədbirləri həyata keçirməlidirlər.
Uyğunsuzluq halında “Ofcom” 18 milyon funt sterlinqə qədər və ya qlobal dövriyyənin 10 faizi miqdarında cərimələr tətbiq edə bilər.
Bu təşəbbüs keçən il qüvvəyə minən Onlayn Təhlükəsizlik Aktının tələblərinə uyğun olaraq həyata keçirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 16 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















