Britaniyada ərzaq məhsullarının qiyməti 11 ayın maksimumuna yüksəlib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 29 aprel, AZƏRTAC
Böyük Britaniyada ərzaq məhsullarının qiymətində son 11 ayın ən yüksək göstəricisi qeydə alınıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Britaniya Pərakəndə Ticarət Konsorsiumunun (BRC) açıqladığı hesabatda qeyd olunur ki, aprel ayında ərzaq məhsullarının qiymətləri illik müqayisədə 2,6 faiz artıb. Bu, mart ayındakı 2,4 faiz artımla müqayisədə daha yüksəkdir və 2024-cü ilin may ayından bəri qeydə alınmış ən sürətli artımdır.
BRC xəbərdarlıq edib ki, pərakəndə sektorda artan xərclər, o cümlədən oktyabr ayında qüvvəyə minəcək yeni qablaşdırma vergisi yaxın aylarda qiymətlərə əlavə təzyiq göstərə bilər. İngiltərə Bankı isə hazırda işəgötürənlər üçün artırılan vergi yükünün mağaza qiymətlərinə nə dərəcədə təsir edəcəyini və inflyasiya təzyiqlərinin davamlı yüksək səviyyədə qalma riskini qiymətləndirməyə çalışır.
Ekspertlərin fikrincə, ərzaq inflyasiyasının yaxın aylarda daha da yüksələcəyi gözlənilir və bu, xüsusilə aşağı gəlirli ailələr üçün əlavə maliyyə çətinlikləri yarada bilər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 29 Aprel 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















