Britaniyada qadın hərbçilərin formalarındakı “səhv düymələr“ gündəm oldu
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri sinə hissəsindəki düymələrin "səhv yerləşdirilməsi" səbəbindən qadın hərbçilər üçün yeni formaların hazırlanmasına 200 min funt-sterlinqədək vəsait xərcləməyi planlaşdırır.
Bu barədə "The Times" nəşri qurumun daxili sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, sənəddə "köhnə üslub" rəsmi geyim formasının yenisi ilə əvəz olunmasının zəruri olduğu qeyd edilib və xərclərin dövlət hesabına qarşılanacağı bildirilib.
Hazırkı formada iki düymədən ibarət dörd sıra mövcuddur. Yeni variantda isə bütün düymələrin daha aşağı hissədə yerləşdirilməsi nəzərdə tutulur.
Bildirilib ki, 950-dən çox qadın zabit yeni forma ilə təmin olunacaq.
Nəşrin yazdığına görə, Kral Donanmasının sənədində qadın zabitlər üçün nəzərdə tutulmuş köhnə 1 nömrəli geyim formasında yuxarıdakı iki "dekorativ" düymənin yerləşməsinin uyğun hesab edilmədiyi vurğulanıb.
Yeni model geyim formasının iki mərhələdə - bu ilin sentyabrında və gələn ilin fevralında istifadəyə verilməsi planlaşdırılır. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 12 May 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















