Icma.az
close
up
RU
Britaniyada WhatsApp qalmaqalı: Nazir, deputat və daha 11 nəfər vəzifədən kənarlaşdırıldı

Britaniyada WhatsApp qalmaqalı: Nazir, deputat və daha 11 nəfər vəzifədən kənarlaşdırıldı

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniyanın səhiyyə naziri Endryu Qvin, parlament üzvü Oliver Rayan və 11 bələdiyyə məclisi üzvü vəzifədən uzaqlaşdırılıb. 

Qaynarinfo xəbər verir ki, İşçi Partiyasının seçkilərdə qalib gəlməsindən sonra baş verən bu hadisə "WhatsApp" yazışmalarının sızdırılmasının ardınca yaşanıb. Vəzifəsindən kənarlaşdırılan Qvin və Rayan peşman olduqlarını bildirərək üzr istəyiblər.

Stokport bölgəsində yaradılan "Trigger Me Timbers" adlı "WhatsApp" qrupundakı mesajların mətbuata sızdırıldığı bildirilir. "Mail On Sunday" nəşrinin ortaya çıxardığı yazışmalarda vəzifədən uzaqlaşdırılan şəxslərin irqçi və cinsiyyətçi şərhlər etdiyi, hətta seçicilərlə lağ etdikləri məlum olub.

2019-2022-ci illəri əhatə edən mesajlarda Qvin yerli bir velosiped satıcısının yük maşını tərəfindən vurulmasının "lazımlı" olduğunu yazıb, həmçinin İşçi Partiyasına səs verməyən yaşlı bir seçicinin seçkilərdən öncə ölməsini arzulayıb. O, bir qadın seçiciyə qarşı cinsiyyətçi ifadələr işlədib, başqa bir məclis üzvü isə seçicilərə təhqiredici sözlər yazıb. 

Millət vəkili Oliver Rayanın isə İşçi Partiyasının bir üzvünün cinsi kimliyi ilə bağlı istehzalı ifadələr işlətdiyi və partiyanın yerli bölgə sədrinin müavininə hörmətsiz yanaşdığı iddia olunur.

Səhiyyə naziri Qvinnin həyat yoldaşı Allison Qvinnin də qrupda etdiyi bir paylaşım müzakirələrə səbəb olub. O, kənd yerlərində yaşayan uşaqların "zibilxanalarda və kanalizasiyada üzməkdən xoşlandığını" yazıb.

İşçi Partiyasının sözçüsü məsələ ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb:

"Bu qrup haqqında məlumat aldığımız andan etibarən, İşçi Partiyasının qaydaları və prosedurlarına uyğun olaraq hərtərəfli araşdırma başladılıb və bu proses davam edir. Üzvlərimizdən gözlənilən yüksək standartlara uyğun davranmayan şəxslər haqqında sürətli tədbirlər görüləcək".

"The Guardian" nəşrinin məlumatına görə, partiya daxilindəki mənbələr "WhatsApp" qrupuna dair hər hansı bir şikayətin partiyaya rəsmi şəkildə daxil olmadığını bildiriblər.

Qvinnin təhqiramiz ifadələr işlədiyi velosiped satıcısı açıqlamasında "Şok oldum və üzüldüm. Təkcə mən yox, ailəm, həyat yoldaşım və övladlarım da bu vəziyyətdən çox təsirləndi" deyə bildirib.

Qvinn isə sosial media platforması X-də paylaşdığı açıqlamada "Yanlış dəyərləndirilmiş ifadələrə görə üzr istəyirəm" deyib. O, vəzifədən uzaqlaşdırıldığına görə üzüldüyünü, lakin İşçi Partiyasına və baş nazirə dəstək verməyə davam edəcəyini bildirib.

Millət vəkili Oliver Rayan isə "Dərin peşmanlıq hissi keçirirəm. O zaman bu məsələyə reaksiya vermədiyim üçün üzr istəyirəm və bunun səhv olduğunu anlayıram" deyib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Fevral 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see196

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri