Britaniyada yüzlərlə teatr və muzey bağlanmaq təhlükəsi ilə üzüzə qalıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
London, 27 dekabr, AZƏRTAC
Son onillikdə Britaniyada mədəniyyət sektorunda yaranan böhran nəticəsində yüzlərlə teatr bağlanmaq təhlükəsi ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, ölkədə 500-dən çox muzey isə artıq fəaliyyətini dayandırıb. Sektorun rəhbərləri yeni formalaşan Leyboristlər hökumətindən təcili maliyyə dəstəyi tələb ediblər. Onlar artan enerji xərcləri və işəgötürənlər üçün milli sığorta töhfələrindəki artımla bağlı çətinlik çəkdiklərini bildiriblər.
Uzun illər davam edən ixtisarlar və maliyyə çatışmazlığı nəticəsində sektor rəhbərləri maliyyə naziri Reyçel Rivz və mədəniyyət naziri Lisa Nandiyə birbaşa müraciət edərək mədəniyyət sahəsində böyük boşluqların yaranması təhlükəsi barədə xəbərdarlıq ediblər.
London Teatr Cəmiyyəti (SOLT) və “UK Theatre” tərəfindən yayımlanan hesabatda qeyd olunur ki, teatrların beşdə biri qarşıdakı on ildə fəaliyyətini davam etdirmək üçün ən azı 5 milyon funt sərmayəyə ehtiyac duyur. Əgər kifayət qədər kapital yatırımı edilməsə, teatrların 40 faizi qarşıdakı beş ildə bağlanmaq məcburiyyətində qala bilər.
Hazırda Britaniyada təxminən 1110 teatr fəaliyyət göstərir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Dekabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















