Britaniyalı professor: İqlim maliyyəsi üçün G20 ölkələrinin siyasi liderliyi vacibdir AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
İqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrin illik maliyyə ehtiyacının 2,4 trilyon dollar olduğu təxmin edilir. Bu vəsaitin ən azı 1 trilyon dolları beynəlxalq maliyyə mənbələrindən təmin edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Böyük Britaniya Qreşem Kollecinin professoru Avinaş Persaud COP29 çərçivəsində keçirilən mətbuat konfransında səsləndirib.
O bildirib ki, bu məbləğin əsas hissəsi dövlət maliyyəsi və çoxtərəfli inkişaf banklarının güzəştli kreditləri vasitəsilə təmin olunmalıdır: “Əgər COP29-da ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) qəbul edilməzsə, milli səviyyədə müəyyən edilmiş öhdəliklər də kifayət qədər ambisiyalı olmayacaq və bu, ümumi sistemin pozulmasına səbəb ola bilər. Buna görə də uğurlu iqlim maliyyələşməsi üçün inkişaf etmiş ölkələrdən dövlət maliyyəsi üzrə öhdəliklərin ən azı üç dəfə artırılması tələb olunur. Bu məqsədlə G20 ölkələrinin siyasi liderliyi və çoxtərəfli inkişaf banklarının maliyyə dəstəyi vacibdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 16 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















