Icma.az
close
up
RU
İrəvandan Bakıya qarşı ağlasığmaz addım Gərginlik yenidən arta bilər

İrəvandan Bakıya qarşı ağlasığmaz addım Gərginlik yenidən arta bilər

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla Avropa İttifaqı arasında imzalanan sənədə sərt reaksiya verib. XİN sənəddə yer alan müddəaların sülh gündəminə uyğun olmadığını qeyd edib. Sözügedən sənəd Ermənistanın hərbiləşdirilməsini, Azərbaycana qarşı ittihamları və əldə olunan razılaşmaların bloklanmasını özündə əks etdirir.

Bu sənəd nəyə gətirib çıxara bilər? Ermənistan sülhdən və Bakı ilə razılaşmalardan imtina edir?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, rəsmi Bakının Ermənistanla Aİ arasında imzalanan sənədə verdiyi sərt reaksiya tam əsaslıdır:

“Bu sənəd mahiyyətcə regionda formalaşmaqda olan sülh gündəmini pozur və Ermənistanın destruktiv siyasətini bir daha üzə çıxarır. Sənəddə yer alan bir sıra müddəalar, xüsusilə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dolayı formada şübhə yaradan məqamlar, real sülh prosesinə zidd addım kimi qiymətləndirilməlidir.

Ermənistanın bu sənədlə Avropa İttifaqı kimi tərəfdaş strukturlara arxalanaraq öz məsuliyyətindən yayınmağa çalışdığı görünür. Halbuki regionda sabitliyin yeganə təminat yolu birbaşa Bakı ilə danışıqlar və ədalətli sülh sazişinin imzalanmasıdır.

Bu cür sənədlər Ermənistanın sülh prosesindən uzaqlaşmağa meyilliyinin göstəricisidir və Bakının irəli sürdüyü real, beynəlxalq hüquqa əsaslanan şərtləri qəbul etmədiyini göstərir. Nəticə etibarilə, belə addımlar regionda gərginliyin azalmasına deyil, tam əksinə, yenidən artmasına gətirib çıxara bilər. Azərbaycanın mövqeyi isə dəyişməzdir: sülh yalnız qarşılıqlı hörmət, sərhədlərin tanınması və qeyri-real tələblərdən imtina əsasında mümkündür”.

Politoloq Rəşad Bayramov isə məsələyə belə münasibət bildirib:

Azərbaycan Xarici İşlər Nazirliyinin Aİ–Ermənistan arasında imzalanan “Strateji Gündəlik” sənədinə sərt reaksiyası “post-münaqişə reallıqlarına zidd”, “qərəzli” və “antisülh” mövqeyə olan reaksiyadan irəli gəlir. Həqiqətən də sənəddə yer alan bir sıra müddəalar post-münaqişə dövründə formalaşmış reallıqları təhrif etməklə yanaşı, ikitərəfli sülh gündəliyinə də ziddir. Xüsusilə “Qarabağ erməniləri”nin “qaçqın və ya didərgin düşmüş şəxslər” kimi təqdim edilməsi, eləcə də Ermənistanla Aİ arasında təhlükəsizlik və müdafiə əməkdaşlığının intensivləşdirilməsi, Azərbaycanın narahatlığını artıran əsas faktorlardandır. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, bu yanaşma 2020-ci ildən sonra regionda formalaşan real vəziyyəti təhrif edir və iki ölkə arasında sülh gündəliyinə xələl gətirir.

Aİ–Ermənistan tərəfdaşlığında Azərbaycanla bağlı məsələlərin birtərəfli şəkildə sənədə daxil edilməsi ilk növbədə İrəvanın danışıqlardakı mövqeyini süni şəkildə gücləndirməyə istiqamətlənmiş addım kimi qiymətləndirilməldiir. Sənəd Ermənistan üçün “beynəlxalq dəstək görüntüsü” yaradır, bu isə ona Azərbaycan qarşısında sərt mövqe sərgiləmək imkanı verir. Nəticədə Ermənistanın sülh prosesində konstruktivlikdən uzaqlaşması və öhdəliklərdən yayınmaq cəhdləri güclənə bilər. Belə bir sənəd İrəvanda sülh sazişinə alternativ siyasi dayaqların mövcudluğu təəssüratı yaradır ki, bu da Azərbaycanın təşəbbüsləri əsasında aparılan ikitərəfli danışıqların dinamikasına mənfi təsir göstərir”.

Politoloq qeyd edib ki, Aİ-nin bu sənədlə regionda daha fəal rol almaq istəyi də açıq şəkildə görünür:

“Tərəfdaşlıq gündəliyi Aİ-nin Cənubi Qafqazda geosiyasi iştirakını artırmaq, Rusiyanın zəiflədiyi bir dövrdə boşluqları doldurmaq və Ermənistanı strateji tərəfdaş kimi möhkəmləndirmək məqsədi daşıyır. Bu isə regional balansın dəyişməsi və sülh prosesinin daha çox beynəlxalq təsirlərə məruz qalması deməkdir. Belə yanaşma ikitərəfli Azərbaycan-Ermənistan formatının mahiyyətini zəiflədə, sülhün tərəflər arasında qarşılıqlı anlaşmaya əsaslanmasına mane ola bilər.

Sənəddə Azərbaycanın maraqlarına zidd müddəaların yer alması həm də Ermənistanın 2020-dən sonrakı reallıqları qəbul etmək istəmədiyini göstərir. “Qurbanlıq narrativi”nin yenidən gündəmə gətirilməsi Ermənistan cəmiyyətinə də ünvanlanan siyasi mesajdır və daxili legitimliyi möhkəmləndirməyə hesablanıb. Bu isə İrəvanın sülh prosesindən uzaqlaşması riskini artırır.

Nəticə etibarilə, Aİ-Ermənistan sənədində Azərbaycanı hədəfləyən yanaşmalar regionda sülhün möhkəmlənməsinə deyil, daha çox siyasi balansların dəyişdirilməsinə xidmət edir. Bu addım gərginliyi artırmaqla yanaşı, sülh prosesinin mürəkkəbləşməsinə və uzunmüddətli perspektivdə qeyri-müəyyənliyin artmasına səbəb ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri