Icma.az
close
up
RU
Binalarla bağlı görünməyən təhlükə Sakinlərin nəzərinə

Binalarla bağlı görünməyən təhlükə Sakinlərin nəzərinə

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Dekabrın 5-də Lökbatan qəsəbəsi, “Qobu Park 1” yaşayış massivində 4 nəfərin ölümü ilə nəticələnən olay bir sıra məsələləri gündəmə gətirib. Qeyd edək ki, hadisəyə mənzildəki kombi aparatında baş verən partlayış səbəb olub. Yaşanan yanğın bu istiqamətdə narahatlıqlara yol açıb.

Binalarda qızdırıcılarla bağlı nələrə diqqət edilməlidir?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib ki, payız-qış mövsümünə keçid dövründə məişət yanğınlarının sayı adətən artır:

“Son ay üzrə açıqlanan rəqəmlər və ümumi statistika göstərir ki, mövsüm dəyişdikcə elektrik qızdırıcıları, qaz cihazlarından istifadənin artması yanğın riskini yüksəldir. Bu dinamika həm şəhər, həm də regionlar üzrə demək olar ki, eyni şəkildə müşahidə olunur. Yanğınların səbəblərinə gəldikdə, ən geniş yayılmış problem elektrik avadanlıqlarının, xüsusilə də köhnəlmiş elektrik naqillərinin düzgün istismar edilməməsidir. Hadisələrin təxminən yarıdan çoxu məhz elektrik yüklənməsi nəticəsində baş verir. Qaz sızması ilə bağlı hadisələr də qeydə alınır, lakin onların xüsusi çəkisi daha azdır”.

Orxan Musayev

Ekspert bildirib ki, mövsüm ərzində yanğına səbəb olan əsas amil nəzarətsiz qoyulan cihazlardır:

“Halbuki sadə qaydalara əməl etməklə belə hadisələrin qarşısını almaq mümkündür. Elektrik qızdırıcıları yalnız normativ tələblərə uyğun şəkildə və saz vəziyyətdə istifadə edilməlidir. Nasaz qızdırıcılardan və yaxud calaq olunmuş elektrik naqillərindən istifadə yolverilməzdir. Mənzil, ev və obyektlərdə qızdırıcılar işlək vəziyyətdədirsə, onları nəzarətsiz qoymaq olmaz. Qaz cihazlarının istifadə olunduğu evlərdə də sızma nəticəsində baş verə biləcək partlayış riski yüksəkdir. Bu hadisələrin qarşısını almağın yeganə yolu insanların məsuliyyətli davranması və cihazlara davamlı nəzarət etməsidir. Cihazların nəzarətsiz qalması həm yanğınların, həm də qaz sızması səbəbindən partlayışların ehtimalını xeyli artırır. Önləyici tədbirlərin görülməsi ilə bütün bu potensial hadisələrin qarşısını almaq mümkündür”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri