Icma.az
close
up
RU
Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 dekabr, Səbinə Əlizadə, AZƏRTAC

Qarabağın işğaldan azad olunmasından sonra həyata keçirilən bərpa və yenidənqurma prosesi təkcə fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır, eyni zamanda, tarixi yaddaşın, milli kimliyin və mənəvi ədalətin bərpasını özündə ehtiva edir. Bu proses Azərbaycanın uzunmüddətli strateji baxışının və ardıcıl dövlət siyasətinin nəticəsi kimi qiymətləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında britaniyalı yazıçı, “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” (“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi”) kitabının müəllifi Qrem Vilson deyib.

Onun sözlərinə görə, o, ilk dəfə 2009-2010-cu illərdə Azərbaycana səfər edib və həmin dövrdə Azərbaycan xalqının dözümlülüyü, enerjisi və milli iradəsi onu dərindən təsirləndirib. Yazıçı bildirib ki, həmin illərdə Prezident İlham Əliyevin rəsmi bioqrafiyası üzərində çalışarkən dövlət başçısının tövsiyəsi ilə Ermənistana və işğal altında olan Azərbaycan ərazilərinə səfərə gedib, real vəziyyəti yerində müşahidə edib.

“Prezident İlham Əliyevin bioqrafiyası üzərində işləyərkən həmkarlarımla birgə Qarabağa səfər etdim. İşğal dövründə orada gördüklərimiz dəhşətli idi. Qarabağda qanunsuz fəaliyyətlər, insan alveri, silah və narkotik dövriyyəsi, eləcə də genişmiqyaslı ekoloji dağıntılar açıq şəkildə müşahidə olunurdu. Bu, təkcə hərbi işğal deyil, eyni zamanda, humanitar və ekoloji fəlakət idi. Mən ekosidə, tarixi-mədəni irsin məqsədli şəkildə məhv edilməsinə şahid oldum”, - deyə Qrem Vilson vurğulayıb.

Yazıçı qeyd edib ki, İrəvanda araşdırmalar zamanı tez-tez səsləndirilən “Böyük Ermənistan” ideologiyası onun üçün ciddi suallar doğurub: “Əgər doğrudan da Qarabağın sizə məxsus olduğuna inanırdınızsa, niyə orada yaşayan insanları qoruyub saxlamadınız, ətraf mühiti məhv etdiniz?”

Qrem Vilson səfərdən sonra belə qənaətə gəlib ki, ermənilər heç vaxt sülhə getməyəcəklər. “Təəssüf ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi bu fikri təsdiqlədi”, - deyə o qeyd edib.

Yazıçı əlavə edib ki, sonrakı illərdə 50 dəfədən çox Azərbaycana səfər edib, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Xalq Cümhuriyyəti və ölkənin tarixi ilə bağlı bir sıra kitablar yazıb. Bununla belə, Qarabağ mövzusu onun qəlbində həmişə xüsusi yer tutub.

“Ürəyimdə bir arzu vardı: işğal bitəndən sonra Qarabağ haqqında dəyərli və real faktlara əsaslanan bir əsər yazmaq. Mən xarici vətəndaşam, lakin Azərbaycanı sevən xarici vətəndaşam. Qarabağda həm işğal dövründə, həm də azadlıqdan sonra dəfələrlə olmuşam. İşğal dövründə Xocalının təxmini yerini bilirdik, lakin onu tapa bilmirdik. Xocalı demək olar ki, yer üzündən silinmişdi”, – deyə Qrem Vilson bildirib.

O qeyd edib ki, bir neçə il əvvəl Qarabağ Dirçəliş Fondunun əməkdaşları ilə birlikdə həmin ərazilərə səfər zamanı yol nişanında “Xocalı” sözünü gördükdə avtomobili saxlatdırıb və piyada oraya gedib: “Bu torpaq müqəddəsdir. Orada dayanmaq həyatımın ən təsirli və unudulmaz anlarından biri oldu. Xocalı faciəsi Azərbaycan üçün milli yaddaşın ən ağrılı səhifələrindən biridir”.

Qrem Vilson vurğulayıb ki, məhz bu müşahidələr və Qarabağın azad olunmasından sonra başlanan genişmiqyaslı dirçəliş prosesi onu “Revival of Karabakh: The Story of Azerbaijan’s Renaissance” kitabını yazmağa sövq edib. Onun sözlərinə görə, əsər Qarabağın bərpasını, Azərbaycan xalqının tarixi ədalətin təmin olunması uğrunda keçdiyi mürəkkəb, lakin qürurverici yolu beynəlxalq oxucuya çatdırmaq məqsədi daşıyır.

“Bu gün Qarabağda baş verənlər təkcə regionun bərpası deyil, eyni zamanda, beynəlxalq hüququn və tarixi ədalətin bərpasıdır. Azərbaycan bu prosesi ardıcıl, planlı və məsuliyyətli şəkildə həyata keçirir”, – deyə britaniyalı yazıçı vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see316

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see305

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see288

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see266

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see252

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see239

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see211

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see205

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see185

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see178

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see171

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see170

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see154

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see150

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see149

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see149

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see148

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri