Britaniyanın Aİ yə qayıdış şərti bəlli oldu
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) ehtimal olunan qayıdışı və tərəflər arasında gələcək münasibətlərin çərçivəsi yenidən beynəlxalq gündəmin diqqət mərkəzinə gəlib.
Modern.az xəbər verir ki, bu barədə informasiya Aİ-nin keçmiş Brexit üzrə aparıcı danışıqlarçısı Mişel Barnyenin açıqlamasında yer alıb.
Belə ki, Mişel Barnye Britaniyanın Aİ-yə yenidən qoşulacağı təqdirdə avro zonasına daxil olmaq və vahid valyutaya keçmək məcburiyyətindən yayınmağının mümkün olduğunu bildirib. Lakin o vurğulayıb ki, vətəndaşların sərbəst hərəkəti prinsipi müzakirə mövzusu ola bilməz və London təşkilata bərpa olunmaq üçün bu şərti mütləq qəbul etməlidir. Barnyenin sözlərinə görə, vahid bazara çıxış və tam üzvlük sərbəst hərəkət azadlığı ilə ayrılmaz bağlılıq təşkil edir.
Qeyd edək ki, Böyük Britaniya 2020-ci ildə Aİ-ni rəsmən tərk etdikdən sonra tərəflər arasında ticarət, miqrasiya və təhlükəsizlik sahələrində yeni qaydalar tətbiq olunmağa başlayıb.
Gülbadan Cümşüdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 Noyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















