Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Britaniyanın Baş naziri Rusiyanı Brexit referendumuna müdaxilədə ittiham edib

Britaniyanın Baş naziri Rusiyanı Brexit referendumuna müdaxilədə ittiham edib

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Rusiyanın 2016-cı ildə ölkənin Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referenduma müdaxilə etməyə çalışdığını bildirib.

Baş nazir bu barədə “The Rest is Politics” podkastında danışıb.

Börnhem qeyd edib ki, hökumət başçısı vəzifəsinə başladıqdan sonra Rusiyanın Brexit referendumuna mümkün müdaxiləsi ilə bağlı məlumat istəyib.

“Dauninq-stritə gəldikdən sonra belə bir sual verdim: Rusiya 2016-cı il referendumuna müdaxilə edibmi? Mənə birmənalı cavab verildi: bəli, müdaxilə olub”, – o bildirib.

Nəşr yazır ki, Börnhemin açıqlaması əvvəlki mühafizəkar hökumətlərin mövqeyindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, həmin hökumətlər Rusiyanın referendumun nəticələrinə təsir göstərə bildiyini sübut edən dəlillərin olmadığını bildirirdilər.

Bununla belə, Baş nazir sözügedən qiymətləndirmənin kim tərəfindən təqdim edildiyini, hansı sübutlara əsaslandığını və mümkün müdaxilənin səsvermənin yekun nəticəsinə təsir edib-etmədiyini açıqlamayıb.

“The Guardian” xatırladır ki, Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin 2020-ci ildə dərc etdiyi hesabatda hökumət və xüsusi xidmət orqanları Rusiyanın referenduma mümkün müdaxiləsini lazımi səviyyədə araşdırmadıqlarına görə tənqid olunmuşdu.

Müxtəlif partiyaların nümayəndələrindən ibarət komitə belə qənaətə gəlmişdi ki, Rusiya dövlətinin dəstəklədiyi media qurumları və sosial şəbəkə hesabları vasitəsilə Britaniya siyasətinə təsir göstərmək cəhdlərinə dair məlumatlar olmasına baxmayaraq, nazirlər Moskvanın fəaliyyətinin hərtərəfli qiymətləndirilməsinə çalışmayıblar.

Börnhem hesab edir ki, Böyük Britaniya xarici dövlətlərin ölkənin daxili siyasətinə müdaxilə cəhdləri barədə daha açıq danışmalıdır. Onun sözlərinə görə, bu, Avropada ifrat sağçı qüvvələrin populyarlığının artdığı bir dövrdə xüsusilə vacibdir.

Nəşr həmçinin xatırladır ki, Baş nazir ötən ay BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın informasiya fəaliyyətini tənqid edib və Moskvanın 2019-cu il parlament seçkilərinə müdaxilə etməyə çalışdığına dair sübutların olduğunu bildirib.

“İndi bu faktları dəqiq şəkildə ortaya qoymaq vacibdir. İnanıram ki, bu, Almaniya və Fransadakı seçicilərə müəyyən siyasi fəaliyyətlərin bizim rəqiblərimiz, konkret olaraq Rusiya tərəfindən təşviq edildiyini anlamağa kömək edəcək”, – Börnhem vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Oktyabr 2026 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri