Britaniyanın ən gənc partiyası “Reform UK” ölkədə ikinci siyasi qüvvəyə çevrilib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sağçı populist “Reform UK” partiyası üzvlük baxımından Böyük Britaniyada ikinci ən böyük siyasi qüvvəyə çevrilib.
“Report” TASS-a istinadən xəbər verir ki, partiyanın saytında yerləşdirilən sayğacın göstərdiyi kimi, üç gün ərzində ona 15 mindən çox insan qoşulub, üzvlərin ümumi sayı isə 133 mini keçib.
“Bu, tarixi andır. Britaniya siyasətindəki ən gənc siyasi partiya indicə dünyanın ən yaşlı siyasi partiyasını qabaqladı. İndi “Reform UK” əsl müxalifətdir”, - partiyanın qurucusu və lideri Naycel Fərəc “X” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, bu ilin noyabrına olan məlumata görə, 2024-cü ilin iyul ayına qədər 14 il hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının üzvlərinin sayı 131,7 min nəfərdir. Yayda hakimiyyətə gələn, lakin sürətlə populyarlığını itirən Leyboristlər Partiyasının 370,5 min üzvü var və bu bir il əvvəl ilə müqayisədə 37 min, 2019-cu illə müqayisədə isə 160 min nəfər azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 26 Dekabr 2024 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















