Britaniyanın Rusiyadakı səfirinə etiraz notası verilib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılan Böyük Britaniyanın Moskvadakı səfirinə ölkəyə daxil olarkən Britaniya səfirliyinin əməkdaşlarına dair yalan məlumatlar təqdim etdiyinə görə etiraz notası verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
Nazirlikdən qeyd edilib ki, Moskva Britaniya xüsusi xidmət orqanlarının Rusiya ərazisində bəyan edilməmiş əməkdaşlarının fəaliyyətinə göz yummayacaq.
“Rusiyadakı britaniyalı diplomatlara münasibətdə bu ölkənin səfirliyinin əməkdaşları tərəfindən sorğu anketlərinin doldurulması tələbləri sərtləşdiriləcək... London diplomatların ölkədən çıxarılmasından sonra vəziyyəti gərginləşdirərsə, Rusiya dərhal buna reaksiya verəcək”, - bəyanatda göstərilib.
Baxış sayı:56
Bu xəbər 26 Noyabr 2024 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















