“Üçüncü nüvə əsrinin başlanğıcındayıq” Britaniyanın Baş Qərargah rəisi AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rusiyanın Böyük Britaniya və NATO üzvlərinə hücum etmə ehtimalı azdır. İstər adi, istər nüvə. Çünki Rusiya bu zaman cavabın nə qədər böyük olacağını bilir. NATO-nun çəkindirmə strategiyası işləyir”.
“AzPolitika” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Qərargah rəisi admiral Toni Radakin Kral Silahlı Qüvvələri İnstitutunun (RUSI) illik toplantısında çıxış edərkən deyib.
Radakin hazırkı dövrün çox təhlükəli olduğunu bildirib:“İlk nüvə əsri yəni soyuq müharibə iki blok tərəfindən müəyyən edilmiş. İkinci nüvə əsri nüvəsizləşdirmə səyləri ilə xarakterik idi. İndi isə nüvə enerjisindən istifadənin yayıldığı, dağıdıcı texnologiyanın inkişaf etdiyi, təhlükəsiz mühitin olmadığı üçüncü nüvə əsrinin başlanğıcındayıq”.
O, dünyada baş verən proseslərə baxmayaraq İngiltərənin ekzistensial təhlükə ilə üzləşmədiyini bildirib.
Radakin İran, Şimali Koreya, Rusiya və Çinin nüvə sahəsində atdığı addımları qlobal təhlükə kimi qələmə versə də, ABŞ və Böyük Britaniya kimi ölkələrin müttəfiqlərinin təhlükəsizliyi üçün nüvə silahından istifadə etməyə hazır olduqlarını bildirib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















