Icma.az
close
up
RU
Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesabalama struktur biologiyası qrupunun rəhbəri BDU da mühazirə deyib

Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Hesabalama struktur biologiyası qrupunun rəhbəri BDU da mühazirə deyib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 6 may, AZƏRTAC

Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunun Hesablama struktur biologiyası qrupunun rəhbəri, Əməkdar elm xadimi Qərib Mürşüdov Bakı Dövlət Universitetində (BDU) “Zülalların üçölçülü quruluşu” mövzusunda mühazirə deyib.

Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.

Rektor Elçin Babayev BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu olan Qərib Mürşüdovun dünyada bioinformatika sahəsində tanınmış mütəxəssis olduğunu bildirib. O qeyd edib ki, professor Qərib Mürşüdov bioinformatika, zülalların üçölçülü quruluşlarının öyrənilməsi sahəsindəki tədqiqatları ilə nəinki BDU-nun, Azərbaycanın və Türk dünyasının fəxrinə çevrilib. Məhz bu xidmətlərinə görə tanınmış alim 2022-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülüb.

Professor Qərib Mürşüdov təqdimatında struktur biologiya haqqında məlumat verib, bu elm sahəsinin bioloji prosesləri, zülalların və molekulların quruluşunu öyrəndiyini deyib. O diqqətə çatdırıb ki, zülallar orqanizmdə olan proseslərin hər mərhələsində iştirak edir. Ona görə də zülalların üçölçülü quruluşlarının öyrənilməsi fundamental bioloji proseslərin başa düşülməsinə kömək edir. Bundan isə xəstəliklərlə mübarizə aparmaq üçün dərmanların hazırlanmasında istifadə oluna bilər. Tanınmış alim vurğulayıb ki, dünyada zülal quruluşlarını öyrənən minlərlə laboratoriya var. Zülalların verilənlər bankında 235 min zülal quruluşu haqqında məlumat olduğunu bildirən alim onların öyrənmə üsulları (rentgen kristalloqrafiyası, elektron mikroskopiya və maşın öyrənmə-proqnozlaşdırma) barədə tələbələrə məlumat verib. Süni intellektdən istifadə edərək zülal quruluşlarının öyrənilməsinin mövcud durumu və perspektivləri barədə fikirlərini bölüşüb.

O, struktur biologiyanın geniş perspektivlərə malik olduğunu, gələcəkdə daha sürətlə inkişaf edəcəyini deyib. Hesablama struktur biologiyasında müasir üsulların inkişafına, Azərbaycandakı gənclərin bir hissəsini bu elmi istiqamətə yönəltməyə böyük ehtiyac olduğunu vurğulayıb.

Sonda qonaq tələbə və əməkdaşların suallarını cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri