“British Airways”in onlayn xidmətləri texniki problemlər səbəbindən fəaliyyətini dayandırıb AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
London, 17 yanvar, AZƏRTAC
Britaniyanın “British Airways” aviaşirkətinin veb-saytı, mobil tətbiqi və digər onlayn sistemləri texniki problemlər səbəbindən fəaliyyətini dayandırıb.
AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, bu hal sərnişinlərin öz rezervasiyalarına daxil olmasına və digər məlumatlara çıxışına mane olub. Aviaşirkətin veb-saytında yaranan problem haqqında sərnişinlərə bildiriş göstərilib. Bildirişdə texniki nasazlığın yüksək tələbatdan qaynaqlandığı qeyd olunub. “British Airways” mobil tətbiqində də səhvlər baş verib və sistem düzgün yüklənməyib.
Bu texniki problemlər səbəbindən sərnişinlər onlayn qeydiyyatdan keçə, eləcə də rəqəmsal uçuş kartlarını əldə edə bilməyiblər. Aviaşirkət problemin həlli üçün tədbirlər görür.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Yanvar 2025 22:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















