Icma.az
close
up
RU
Brüssel artıq anlayır ki, Bakısız…

Brüssel artıq anlayır ki, Bakısız…

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O əlavə edib ki, bu baxımdan Ursula fon der Lyayenin Bakıya səfəri sadəcə münasibətlərin növbəti mərhələsi deyil, Brüssel-Bakı xəttində keyfiyyətcə yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir: “Çünki bu səfər bir həqiqəti bir daha üzə çıxardı ki, Avropa artıq Cənubi Qafqazı köhnə siyasi şablonlarla deyil, Bakının yaratdığı yeni reallıqlar prizmasından oxumağa başlayıb”.

Cənubi Qafqazın açarı Bakıdır

Deputat bildirib ki, son illər dünyada və regionda baş verən proseslər Avropa İttifaqını Cənubi Qafqaza münasibətdə daha praqmatik və daha realist yanaşma sərgiləməyə vadar edib: “Ukrayna müharibəsi, enerji təhlükəsizliyi böhranı, qlobal ticarət marşrutlarının dəyişməsi, Şərq-Qərb xəttində yeni geoiqtisadi mərkəzlərin formalaşması və nəhayət, postmünaqişə mərhələsində Cənubi Qafqazın yenidən dizaynı Brüsseli regionda əsas tərəfdaşlarını yenidən müəyyənləşdirməyə məcbur etdi.

Bu gün Avropa Birliyi üçün artıq tam aydındır ki, Bakısız bölgədə nə dayanıqlı sülh mümkündür, nə təhlükəsizlik arxitekturası qurmaq olar, nə də sıx inteqrasiya olunmuş əməkdaşlıq formatı yaratmaq mümkündür. Azərbaycan təkcə coğrafi mövqeyinə görə deyil, həm də siyasi iradəsi, iqtisadi imkanları, enerji resursları, nəqliyyat infrastrukturu və regional təşəbbüskarlığı ilə Cənubi Qafqazın əsas aktoruna çevrilib.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərdə “görünməmiş dinamika” müşahidə olunur. Dövlət başçısının “əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur” fikri, əslində, yeni mərhələnin siyasi konturlarını cızır. Bu dinamikanın arxasında isə sadə bir həqiqət dayanır: Brüssel artıq Bakının regionda yaratdığı yeni siyasi və geoiqtisadi düzənlə hesablaşır”.

Bakı-Qərblə Şərq arasında yeganə etibarlı bağlantı nöqtəsi

Deputat onu da  qeyd edib ki, Ursula fon der Lyayenin bəyanatında xüsusi yer alan əsas tezislərdən biri də Azərbaycanın Qərblə Şərq arasında bağlantı nöqtəsi kimi artan strateji roludur: “Avropa Komissiyasının Prezidenti açıq şəkildə bildirdi ki, Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən mühüm geosiyasi kəsişmədir və “Azərbaycan burada əsas rol oynaya bilər”. Bu, diplomatik kompliment deyil, Brüsselin yeni geosiyasi hesablamasının ifadəsidir.

Əslində, bu gün Avropa üçün Qərblə Şərq arasında alternativ və təhlükəsiz bağlantı xətti axtarışı həyati məsələdir. Rusiya üzərindən keçən marşrutların riskli hala gəlməsi, qlobal ticarət zəncirlərində qeyri-müəyyənliyin artması, Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi zərurəti Avropa üçün Orta Dəhlizi və bu dəhlizin əsas qovşağı olan Azərbaycanı strateji əhəmiyyətli ölkəyə çevirib. Bu mənada Bakı artıq təkcə Cənubi Qafqaz paytaxtı deyil; o, Avropa ilə Asiya arasında enerji, logistika, rəqəmsal keçid və siyasi bağlantının mərkəzi halqasına çevrilir.

Məhz buna görə Ursula fon der Lyayen Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanmasını təklif etdi. Onun “Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir” fikri, əslində, Brüsselin Bakının orta güc kimi yüksələn rolunu açıq etiraf etməsi deməkdir. Bu etiraf həm də onu göstərir ki, Azərbaycan artıq sadəcə regional tərəfdaş yox, Avrasiya məkanında geosiyasi və geoiqtisadi proseslərə təsir göstərən mühüm aktordur”.

Rəsmi etiraf

Deputatın sözlərinə görə, Brüssel artıq anlayır ki, Bakısız bölgədə nə dayanıqlı sülh, nə təhlükəsizlik, nə də inteqrasiya olunmuş əməkdaşlıq formatı mümkündür. “Azərbaycan isə bu yeni geosiyasi mənzərədə öz rolunu daha da böyüdür, orta güc statusunu möhkəmləndirir və beynəlxalq münasibətlər sistemində təsir imkanlarını genişləndirir.

Məhz buna görə Brüssel-Bakı münasibətlərinin yeni mərhələsi təkcə ikitərəfli əlaqələrin dərinləşməsi anlamına gəlmir. Bu, həm də Azərbaycanın beynəlxalq sistemdə çəkisinin artması, geosiyasi aktor rolunun güclənməsi və Avrasiya məkanında strateji mərkəzə çevrilməsi prosesinin yeni mərhələyə daxil olması deməkdir. Bakı artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi xəritəsini formalaşdıran güc mərkəzlərindən birinə çevrilir. Ursula fon der Lyayenin Bakıya gəlişi isə bu reallığın Avropa səviyyəsində rəsmən etirafı kimi tarixə düşür”, - o vurğulayıb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyul 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see359

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see272

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see228

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see215

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see211

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see208

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see200

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see194

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see187

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see181

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see179

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see173

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see169

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see159

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see156

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see156

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see155

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see150

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see150

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri