Icma.az
close
up
RU
Brüsselin bacarmadığını Tramp edir: Avropada Rusiya nefti məhvə sürüklənir

Brüsselin bacarmadığını Tramp edir: Avropada Rusiya nefti məhvə sürüklənir

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Donald Trampın ən böyük Rusiya neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsi barədə gözlənilməz addımı Vladimir Putinin hərbi maşınını iflic etməyəcək, lakin Avropa İttifaqının Rusiya neftindən həmişəlik xilas olmasına kömək edəcək".

Qaynarinfo xəbər verir ki, bunu "Politico" yazıb.

Yeni tədbirlərin təfərrüatları hələ işlənilir. Lakin nəzəri olaraq, onlar hər iki şirkəti öz aktivlərini satmağa və Avropaya qalan neft kəmərləri ilə neft tədarükünü dayandırmağa məcbur etməkla hədələyir.

"Atlantic Council" təhlil mərkəzinin sanksiyalar eksperti Kimberli Donovanın sözlərinə görə, bu mühüm addımdır və enerji daşıyıcılarını idxal etməyə davam edən Avropa ölkələrini və şirkətlərini sanksiyaların qüvvəyə minəcəyi 21 noyabradək bu sövdələşmələri yenidən nəzərdən keçirməyə məcbur edəcək.

Bu elan, Trampın Avropanı ümumilikdə Kremlinin hərbi büdcəsinin gəlirlərinin dörddə birini təmin edən enerji daşıyıcılarını almağa "əfv olunmaz" şəkildə davam etdiyinə görə tənqid etməsindən bir ay sonra edilib.

O zaman Tramp həm də Avropaya ultimatum verərək yazmışdı: "Mən, bütün NATO ölkələri razılaşdıqda və eyni şeyi etməyə başlayanda və bütün NATO ölkələri RUSİYADAN NEFT ALMAĞI DAYANDIRANDA Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazıram". İndi o, öz vədinə əməl edir.

Moskva üçün yeni sanksiyalar dərhal çətinliklər deməkdir, lakin onun Ukraynadakı hərbi əməliyyatlarını məhdudlaşdıracağı ehtimalı azdır.

"Argus" media-konsaltinq şirkətinin baş iqtisadçısı Devid Feyfin sözlərinə görə, "Rosneft" və "Lukoil" Rusiyanın hər gün ixrac etdiyi 4,4 milyon barrel neftin təxminən üçdə ikisinə sahibdir.

Feyfin fikrincə, sanksiyalar bu tədarükün yarısının azalması ilə hədələyir, çünki tədbirlər hər iki şirkətin yüklərinin dollar müqabilində satışını qeyri-mümkün edir. Xüsusilə, "Lukoil" üçün sanksiyalar ciddi ziyan vuracaq, deyə şirkətin şəxsiyyətini gizli saxlanılan keçmiş menecerlərindən biri dedi. Onun sözlərinə görə, şirkət, Misirdən İraqa qədər xarici layihələrdəki paylarını satmağa məcbur ola bilər, bu da gəlirin 20%-ə qədər itirilməsinə səbəb ola bilər.

 Lakin, "Kpler" xammal şirkətinin Xam Neft Təhlili şöbəsinin rəhbəri Hümeyun Faləkşahinin fikrincə, daha aşağı qiymətlər və Çin vəziyyətində məhdud alternativlər nəzərə alınmaqla, neft alışının iki ən böyük ticarət partnyoru olan Çin və Hindistan alıcılarının əksəriyyəti Moskvadan idxalı davam etdirəcək. O deyib ki, ilkin sakitlik dövründən sonra, o cümlədən öz rus mülkiyyətçilərini gizlədən şirkətlər vasitəsilə yükləri almaq kimi dolayı yollar tapdıqdan sonra, əksər alıcılar alış-verişə qayıdacaqlar.

Rusiyanın enerji nazirinin keçmiş müavini, indi isə Putin tənqidçisi olan Vladimir Milov deyib: "Bu, ixracı və ticarəti çətinləşdirəcək. Amma bu şirkətlər artıq alternativ iş modellərinə malikdirlər, buna görə də ziyan olacaq, lakin o, məhdud olacaq".

Lakin, bu tədbirlərin aşkar təsir göstərməsi ehtimal olan yerlərdən biri də Avropadır. 2022-ci ilin fevralında müharibə başlayandan bəri Aİ,  enerji sahəsində Rusiyadan asılılığa son qoymaq üçün səylər göstərir.

Brüssel, dəniz yolu ilə Aİ-yə çatdırılan Rusiya neftinə, yanacağına və kömürünə embarqo tətbiq edib və Kremlin blokun qaz bazarındakı payını 45%-dən 13%-ə endirib. (Hal-hazırda o, bu payı sıfıra endirəcək qanun layihəsi üzərində işini başa çatdırır).

Bir vaxtlar neft emalı zavodlarına sahib olan və Almaniyaya neft tədarükünü idarə edən "Rosneft" şirkəti, 2022-ci ilin sonunda Berlin onun yerli filialını nəzarətə götürdükdən sonra Avropadakı aktivlərinin böyük hissəsindən məhrum edilib.

Almaniyanın İqtisadiyyat Nazirliyinin nümayəndəsi bildirib: "Biz hesab edirik ki, Amerika Birləşmiş Ştatları tərəfindən tətbiq olunan tədbirlər... Almaniyanın federal əyalətləri tərəfindən müvəkkil idarəetməyə götürülən "Rosneft"in Almaniyadakı filiallarına qarşı yönəlməyib".

Cümə axşamı, Aİ Kreml tərəfindən nəzarət olunan şirkətə qarşı sanksiyaları daha da sərtləşdirib.Lakin "Lukoil" vəziyyəti fərqlidir. Rusiyanın ən böyük özəl neft şirkəti bütün Avropada yüzlərlə yanacaqdoldurma məntəqəsini, o cümlədən Belçikada təxminən 200-ünü idarə edir, Rumıniya və Bolqarıstanda nəhəng neft emalı zavodlarını istismar edir və Niderlandda yanacaq emalı zavodunda 45% paya sahibdir.

O, həmçinin, öz idxalının 86-100%-ni hələ də Moskvadan asılı olan Macarıstan və Slovakiya neft təchiz edir. Sanksiyalardan çıxarışdan istifadə edərək, hər iki ölkə Aİ-nin güclü təzyiqinə baxmayaraq, Moskvadan uzaqlaşmağa müqavimət göstərir.

İndiyədək Brüssel şirkətə qarşı tədbir görməyib, indi vəziyyət dəyişməlidir.

ABŞ Xəzinə Departamenti bildirib ki, o, Rusiya şirkətləri ilə işləyən hər kəsə qarşı sanksiya tətbiq edə bilər. "Bu o deməkdir ki, Avropada heç bir bank onlar üçün ödənişləri emal etməyəcək.Bu Avropa bankları və şirkətləri üçün güclü siqnal olacaq ki, onlar həqiqətən bundan imtina etməlidirlər, yoxsa sanksiyalara məruz qalacaqlar", deyə Kimberli Donovan düşünür.

Cümə axşamı, Avropa Komissiyası bildirib ki, o da "Lukoyl" ilə əməliyyatlara öz qadağasını tətbiq etməyi düşünür. Macarıstan və Slovakiya üçün yeni sanksiyalar neft tədarükünün tam dayanması ehtimalı deməkdir." Onlar tətbiq edilsə, bu idxalın dayanmasına səbəb olacaq", deyə adının açıqlanmasını istəməyən bir slovak məmuru etiraf edib. 

Əslində, bu tədbirlərin təsirləri artıq özünü göstərməyə başlayır. Finlandiyanın "Neste" enerji şirkəti cümə axşamı "Lukoyl"in Teboil filialına yanacaq tədarükünü dayandırıb.

Rumıniyanın Dövlət Enerji Katibi Kristian Buşoy "Politco"ya bildirib ki, "Lukoyl" indi gələn ayın sonuna qədər öz "Petrotel" neft emalı zavodunu satmağa məcbur olacaq. O əlavə edib: "Biz "Lukoyl" artıq olmasa, sevinərik".

Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, Niderland hökuməti də "Lukoyl"in Zeland neft emalı zavodundakı payının tez satılmasını ən çox ehtimal olunan ssenari hesab edir.

"Bolqarıstandakı Neftokhim neft emalı zavodu da satılmasa, 21 noyabrda işini dayandırmağa məcbur olacaq", deyə Sofiyadakı Demokratiyanı Öyrənmə Mərkəzinin baş enerji təhlilçisi Martin Vladimirov əlavə edib.

"Onlar satılmalı olacaq", deyə "Lukoyl"in keçmiş rəhbəri təkrar edib. Mənbənin sözlərinə görə, bu, şirkət üçün fəlakət olacaq.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri