Icma.az
close
up
RU
Brüsselin təxribatı: Regionu yenidən gərginliyə sürükləyir

Brüsselin təxribatı: Regionu yenidən gərginliyə sürükləyir

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“2026-cı il aprelin 16-da Belçika Nümayəndələr Palatası və Niderland Nümayəndələr Palatası tərəfindən qəbul edilən qətnamələr Cənubi Qafqazda formalaşmaqda olan yeni reallıqlar fonunda ciddi müzakirə mövzusuna çevrilib. Bu sənədlər formal olaraq insan hüquqları və təhlükəsizlik məsələlərinə istinad etsə də, mahiyyət etibarilə Azərbaycan-Ermənistan sülh prosesinə təsir göstərən siyasi alətdir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Qətnamələrin mahiyyəti: selektiv yanaşma və siyasi motivlər
Deputat bildirib ki, qəbul edilən sənədlərin əsas problemi onların balanssız və birtərəfli xarakter daşımasıdır: “Münaqişənin tarixi kontekstinin, xüsusilə işğal və onun nəticələrinin nəzərə alınmaması, sənədlərin obyektivlikdən uzaq olduğunu göstərir. Bu yanaşma bir neçə mühüm məqamı ortaya çıxarırş. Birincisi, regiondakı reallıqların ya düzgün dərk edilməməsi, ya da qəsdən təhrif olunması, ikincisi, siyasi qərarların hüquqi arqumentlərdən daha çox ideoloji mövqelərə əsaslanması, üçüncüsü, anti-Azərbaycan ritorikasının müəyyən dairələrdə sistemli xarakter alması. Xüsusilə diqqət çəkən məqamlardan biri, ABŞ-da keçirilmiş və sülh gündəliyinə töhfə verən Vaşinqton görüşlərinə sənədlərdə istinad edilməməsidir. Bu, müəlliflərin prosesə selektiv yanaşdığını göstərir.

Sülh prosesinə təsir: həssas mərhələdə riskli addım
Bu qətnamələrin qəbul edildiyi vaxt təsadüfi deyil. Məhz Azərbaycan və Ermənistan arasında parlamentlərarası dialoqun davam etdiyi bir mərhələdə belə addımların atılması bir sıra suallar doğurur: 

Bu təşəbbüslər həqiqətən sülhü təşviq edirmi? 
Yoxsa regionda gərginliyi saxlayan siyasi alətlərdən biridir? 

Mövcud reallıq göstərir ki, son iki ildə sərhəddə nisbi sabitlik qorunub saxlanılıb və bu, hər iki tərəfin rəsmi açıqlamalarında da təsdiqini tapır. Belə bir fonda “hərbi risklərin artması” kimi tezislərin irəli sürülməsi obyektivlikdən uzaq görünür”.

Hüquqi müstəvi: beynəlxalq mexanizmlərin mövqeyi
Deputat onu da qeyd edib ki, qətnamələrdə yer alan bəzi iddialar beynəlxalq hüquqi institutların qərarları ilə ziddiyyət təşkil edir. Məsələn. Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən bir neçə dəfə analoji iddiaların rədd edilməsi; BMT İnsan Hüquqları Şurası nəzdində fəaliyyət göstərən mexanizmlərin həbslərin qanuniliyini təsdiqləməsi. Bu faktlar göstərir ki, məsələ hüquqi müstəvidən çox siyasi müstəviyə daşınıb.

Xarici müdaxilə və geosiyasi maraqlar
Cənubi Qafqaz yalnız regional deyil, həm də qlobal güclərin maraq dairəsində olan bir məkandır. Bu baxımdan, belə qətnamələr regionda təsir imkanlarını qorumaq istəyən aktorların aləti kimi çıxış edə, sülh prosesini ləngidərək tərəfləri asılı vəziyyətdə saxlaya və  nəhayətində etimad mühitini zəiflədərək əməkdaşlıq perspektivlərini daralda bilər. Bu isə nəticə etibarilə həm regional sabitliyə, həm də Avropanın özünün enerji və təhlükəsizlik maraqlarına ziddir.

Revanşizm faktorunun gücləndirilməsi
Belə sənədlərin ən təhlükəli nəticələrindən biri revanşist qüvvələrin təşviq edilməsidir. Sülhə qarşı olan radikal qruplar bu kimi beynəlxalq siqnalları öz mövqelərini gücləndirmək üçün istifadə edirlər. Nəticədə sülh müqaviləsinin imzalanması prosesi uzanır; cəmiyyətlər arasında etimadın formalaşması çətinləşir; münaqişə ritorikası yenidən aktuallaşır. 

Dialoq  əvəzinə təzyiq siyasəti
Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələr formal olaraq hüquq və təhlükəsizlik çağırışları kimi təqdim olunsa da, onların praktiki təsiri regionda sülh gündəminə zidd istiqamətdə qiymətləndirilir.

Əgər məqsəd həqiqətən sabitlik və əməkdaşlıqdırsa, bu zaman tərəflər arasında balanslı və obyektiv yanaşma sərgilənməlidir. Mövcud dialoq mexanizmləri dəstəklənməlidir. Siyasi deyil, hüquqi və faktoloji əsaslara söykənən qərarlar qəbul edilməlidir. Əks halda, bu cür addımlar sülhə xidmət etmək əvəzinə, regionda yeni gərginlik dalğasının formalaşmasına zəmin yarada bilər”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Aprel 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri