BŞTİ: Müsahibədə uğur qazanmayan namizədlər üçün Apellyasiya komissiyası işə başlayır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 5 sentyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinə kitabxana müdiri/ kitabxanaçı vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən bildirilib. Qeyd olunub ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər sentyabrın 8-də saat 14:30-dan 16:30-dək BŞTİ-yə yaxınlaşaraq komissiyaya müraciət edə bilərlər. Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədləri özü ilə gətirməsi vacibdir. Müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə SMS vasitəsilə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 05 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















