BŞTİ: Yeni təmayül tədris modelinə peşəkar müəllimlər seçilir
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 17 avqust, AZƏRTAC
Yeni təmayül tədris modeli tətbiq olunan ümumi təhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsi davam edir.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumi təhsil müəssisələrində fəaliyyət göstərən, həmçinin paytaxtın digər ümumi təhsil məktəblərində çalışan müəllimlər SMS vasitəsilə dəvət olunurlar.
Müsahibələr Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilir.
Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.
Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün nəzərdə tutulan yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyat prosesi də davam edir. Hazırkı dövrədək qabaqcıl pedaqoji təcrübəyə malik 5000-dən çox müəllim müsahibə mərhələsində iştirak üçün müraciət edib. Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 17 Avqust 2026 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















