Icma.az
close
up
RU
BSU nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılış mərasimində çıxış edib

BSU nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılış mərasimində çıxış edib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 may, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Polşanın Torun şəhərində keçirilən XII Beynəlxalq Asiya Konqresinin açılış mərasimində çıxış edib. Dünyanın müxtəlif ölkələrindən olan diplomatların və ali təhsil müəssisələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə BSU-nun rektoru və nümayəndə heyəti də təmsil olunub.

Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib.

Rektor Anar Nağıyev çıxışında bildirib ki, dünyanın ciddi dəyişikliklərə məruz qaldığı, dünya düzənin yenidən formalaşdığı bir dövrdə beynəlxalq münasibətlər yeni mərhələyə qədəm qoyur. O, realizm və liberalizm debatları kontekstində müasir tarixdə heç vaxt olmadığı qədər sülhə, əməkdaşlığa və dinc yanaşı yaşamağa ehtiyac duyulduğunu vurğulayıb. Rektor, həmçinin qlobal Şimal və Cənub arasında mövcud olan toqquşmanın əməkdaşlıq və inkişaf fürsətinə çevrilməsinin zəruriliyinə diqqət çəkib.

Anar Nağıyev çıxışında böyük güclərin maraqlarının kəsişdiyi Cənubi Qafqaz regionunun son 30 il ərzində ciddi geosiyasi transformasiyalara məruz qaldığını qeyd edərək, bu proseslərin regionun inteqrasiya imkanlarına təsirindən bəhs edib. Prezident İlham Əliyevin fikirlərinə istinad edən rektor, məhz bu səbəbdən Cənubi Qafqazın inteqrasiya potensialının yetərincə reallaşdırılmadığını bildirib.

Multikultural dəyərlərin və dinc yanaşı yaşama prinsipinin əhəmiyyətini önə çəkən BSU-nun rektoru bildirib ki, Azərbaycan cəmiyyətində əsrlər boyu formalaşmış multikultural dəyərlər regionda sülh və sabitliyin təminində nümunə ola bilər. O bildirib ki, müxtəlif dinlərə və dillərə mənsub xalqların birgəyaşayışını təmin edən Azərbaycan bu gün regional inteqrasiyada mühüm rol oynayır. Etimad, qarşılıqlı hörmət və dinc yanaşı yaşamağın isə sabit regional inteqrasiyalar və təhlükəsizlik sistemlərinin formalaşmasına yol açacağını vurğulayıb.

Anar Nağıyev bu gün Türk Dövlətləri Təşkilatının bütövlükdə geniş bir regionun inkişafında və inteqrasiyasında mühüm rolundan bəhs edərək, təşkilatın yeni geosiyasi platformaların mərkəzində yer aldığını və müasir dövrün qlobal çağırışlarına cavab verə bilən artan əhəmiyyətini vurğulayıb.

O, Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində fəal mövqeyindən söz açaraq, ölkəmizin Avropa, Asiya, Türk Dünyası və İslam ölkələri ilə müxtəlif geosiyasi platformalarda uğurla təmsil olunduğunu diqqətə çatdırıb. Rektor, həmçinin Azərbaycanın islamofobiya və müstəmləkəçiliklə qlobal mübarizədə mərkəzi platformalardan birinə çevrildiyini bildirib.

Rektor çıxışında Azərbaycanın 2019–2024-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkəçilik, dünya mədəni irsinin qorunması, insan inkişafı, COVID-19 pandemiyasına qarşı mübarizə, iqlim dəyişikliyi kimi qlobal əhəmiyyətli məsələləri diqqətə çatdıraraq, ötən il Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim sammitinin ölkənin bu sahədə artan beynəlxalq rolunu nümayiş etdirdiyini qeyd edib. Rektor iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində əldə edilən razılaşmalar və nailiyyətlərdən bəhs edərək, Azərbaycanın bu kimi təşəbbüslərlə müasir beynəlxalq münasibətlər sistemində qlobal problemlərin müzakirə platformasına çevrildiyini və əsaslı rol oynadığını xüsusi qeyd edib.

BSU-nun rəhbəri çıxışında Azərbaycanın nəqliyyat və enerji mərkəzi kimi artan roluna toxunub. O bildirib ki, bu gün dünyanın əsas nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilən Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olub. Hazırda Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır. İkitərəfli münasibətlərin mövcud strukturunda resurslar və onların daşınması əsas rol oynayır.

Əsasən xam neft və təbii qaz istehsalçısı olan Azərbaycan, eyni zamanda yaşıl enerjinin Avropanın enerji bazarlarına çatdırılması məqsədilə müxtəlif layihələrə sərmayə yatırır. 2022-ci ildə Avropa İttifaqı Komissiyası ilə imzalanmış enerji üzrə strateji tərəfdaşlıq sazişi Azərbaycanın 2027-ci ilə qədər Avropaya təbii qaz ixracını iki dəfə artırmaq niyyətini ortaya qoyur və ölkəmizin Avropanın enerji təhlükəsizliyində, xüsusilə də mövcud geosiyasi çağırışlar fonunda, həlledici rolunu bir daha təsdiqləyir.

Rektor çıxışında qeyd edib ki, bu ilin aprel ayında Almaniya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Ukraynada davam edən müharibə fonunda Rusiyadan Avropa bazarlarına enerji daşıyıcılarının nəqlinin dayandırıldığı bir şəraitdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm və strateji rol oynadığı xüsusi vurğulanıb.

Çıxışının sonunda rektor son 30 ildə Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərək, həmin müddət ərzində hücuma və təcavüzə məruz qalan ölkədən etibarlı tərəfdaşa və qlobal Şimalla Cənubu birləşdirən regional mərkəzə çevrildiyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri