Icma.az
close
up
RU
BSU Türkiyənin Qazi Universiteti ilə anlaşma memorandumu imzalayıb

BSU Türkiyənin Qazi Universiteti ilə anlaşma memorandumu imzalayıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Türkiyə Respublikasına işgüzar səfər edib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə akademik, elmi və innovativ əməkdaşlığın genişləndirilməsi, inklüziv və xüsusi təhsil sahəsində təcrübə mübadiləsinin aparılması olub.

Səfər çərçivəsində BSU-nun rektoru Anar Nağıyev Ankara şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad edib. Sonra rektor Türkiyə Respublikası Prezident Kitabxanasının fəaliyyəti ilə tanış olub və fonda Azərbaycana dair nəşrlər hədiyyə edib.

A.Nağıyev Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş keçirib, mövcud əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, ikili diplom proqramları, tələbə və müəllim mübadiləsi məsələlərini müzakirə edib. O, universitetin Süni İntellekt İnstitutu və Texnoloji Transfer Ofisinin fəaliyyəti ilə də tanış olub.

Daha sonra rektor A.Nağıyev Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran ilə görüş keçirib, akademik əməkdaşlığın genişləndirilməsi və birgə təhsil proqramlarının icrası istiqamətində fikir mübadiləsi aparıb. Eyni zamanda, rektor Təhsil elmləri fakültəsinin Xüsusi təhsil bölümü, tədris modelləri və inklüziv təhsil təcrübələri ilə tanış olub.

Görüşlərdə xüsusi təhsil üzrə birgə magistr proqramının hazırlanması perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində A.Nağıyev Hacettepe Universitetinin Teknopark mərkəzinin rəhbərliyi ilə görüşərək tələbə və məzunların startap layihələrinə cəlb olunması, innovasiya mühitində iştirak imkanlarını müzakirə edib.

Rektor Yunus Emre İnstitutunun rəhbəri Abdurrahman Aliy ilə görüş zamanı tələbə mübadiləsi, BSU-da türk dili və ədəbiyyatı üzrə tədris vəsaitlərinin təminatı və Türkiyədə Azərbaycan dilinin tədrisi məsələlərinə toxunub. Həmçinin rektor Türk Əməkdaşlıq və Koordinasiya Agentliyini (TİKA) ziyarət edib, inklüziv təhsil sahəsində birgə layihələrin əhəmiyyətini vurğulayıb.

Səfər zamanı rektor A.Nağıyev Ankara Sosial Bilimlər Universitetinin rəhbərliyi ilə görüşüb, sosial innovasiyalar, elmi-tədqiqat və universitet–sənaye əməkdaşlığı sahəsində mümkün tərəfdaşlıqlar müzakirə olunub.

İşgüzar səfər çərçivəsində rektor Ankara şəhərində fəaliyyət göstərən xüsusi təhsil müəssisələrini ziyarət edib, autizm spektrli uşaqlar üçün tətbiq olunan təhsil modelləri ilə yerində tanış olub.

Səfərin mühüm nəticələrindən biri olaraq, BSU-nun rektoru A.Nağıyev Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Qazi Universiteti ilə akademik və elmi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see616

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see144

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see141

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see139

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri