Icma.az
close
up
RU
“BTB Bank”da müştərilərin depozit otağındakı seyflərdən kimlərin pulları oğurlanıb? Məhkəmədə şok faktlar açıqlandı

“BTB Bank”da müştərilərin depozit otağındakı seyflərdən kimlərin pulları oğurlanıb? Məhkəmədə şok faktlar açıqlandı

Icma.az bildirir, Mia.az portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi Belarusiya vətəndaşları, 1976-cı il təvəllüdlü Aleksey Ramizoviç Babayev və 1990-cı il təvəllüdlü Sergey Oleqoviç Qrinkeviçin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hər 2 müttəhimə qarşı Cinayət Məcəlləsinin 177.4 – xüsusi külli miqdarda oğurluq maddəsi ilə ittiham irəli sürülüb. İstintaqın gəldiyi qənaətə görə müttəhimlər məxsus “BTB Bank”da müştərilərin depozit otağındakı seyflərdən 800 min manat oğurlayıblar. Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus bankdan pul və qızıl-zinət əşyalarının sifarişlə oğurlanması, bunun üçün Bakıda xüsusi oğru dəstəsinin gəldiyi bildirlir.

Gununsesi.info-nun xəbərinə görə, təqsirləndirilən şəxslərdən Sergey hadisədən bir müddət əvvəl Bakıya gəlib, oteldə qalıb. Gedib bankda seyf icarəyə götürüb. O, bildirib ki, bu oğurluğu sifarişlə icra edib. Bunu həyata keçirmək üçün ona xüsusi alətlər də veriblər. 

Əvvəllər Minskdə azərbaycanlılarla restoran biznesi ilə məşğul olduğunu deyən Sergey Qrinkeviçin sözlərinə görə, ona bu oğurluğu German adlı şəxs sifariş verib. Bakıya öz hesabına gəlsə də, sonrakı xərclərini də o ödəyib. Cinayətin hansı bankda törədiləcəyini, onun harada yerləşdiyini və s. məsələləri də Bakıda olarkən öyrənib: “Heç açdığım seyflərin də kimə məxsus olduğunu bilmirdim, təsadüfən açırdım. Həmin seyfləri açan alətlər vermişdilər. İcarəyə seyf götürmüşdüm deyə, rahat girə bilirdim o yerə. Bir də gördüyüm işlərin videosunu çəkmək tapşırılmışdı”.

Sergey Qrinkeviç vurduqları ziyanın məbləğinin ittihamda göstərilən qədər çox olmadığını da qeyd edib. Cinayət işi üzrə 5 zərərçəkmiş var. Bunlar Nurlan Kazımlı, Fuad Lütvəliyev, Zibeydə Qurbanova, Reyhan Hacıyeva və Tuqay Rəhimlidir. Zərərçəkmişlərdən bəzilərinin bankdakı seyflərinə müdaxilə edilib açılsa da, heç nə götürülməyib, onlara ziyan dəyməyib. Onlar şikayətçi olmayıb. Zərərçəkmişlər arasında maddi baxımdan ən çox ziyan görən Zibeydə Qurbanovadır. O göstərib ki, bankdakı seyfdə 55 min dollar pul və 156 ədəd qızıl-zinət əşyası olub. Həmin əşyalar özünə və övladlarına məxsus olub. Zərərçəkmişin sözlərinə görə, ona ümumilikdə 500 min manata yaxın ziyan dəyib.

Saytın araşdırması zamanı məlum olub ki, Zibeydə Qurbanova Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini Namiq Camalovun anasıdır. O, bundan əvvəl Cəlilabad və Sabirabad rayonlarının polis rəisi olub. 2023-cü ilin mayında İnterpola rəis müavini təyin edilib. Zibeydə Qurbanovanın digər oğlu Natiq Camalov isə Qaradağ rayonu, 38-ci polis bölməsinin rəisidir. O, əvvəl Səbail rayonu, 9-cu polis bölməsinin rəisi olub. Onlar keçmiş Müdafiə Sənayesi naziri, 2018-ci ildə vəfat etmiş Yavər Camalovun qardaşı Əlihüseyn Camalovun övladlarıdır. Əlihüseyn Camalov vaxtilə “Azəriqaz”a rəhbərlik edib, daha sonra Milli Aerokosmik Agentliyin direktor müavini olub. Qeyd edək ki, “Bank BTB”nin səhmləri Prezident Administrasiyasının keçmiş rəhbəri, Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://mia.az
archiveBu xəbər 25 Aprel 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2076

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see270

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see226

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see186

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see147

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri