BTC ilə Türkiyə üzərindən neft nəqli 8 faizdən çox azalıb
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-iyul aylarında Türkiyə ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 112,781 milyon barel neft nəql olunub.
“Yeni Sabah” Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,975 milyon barel və ya 8,1 faiz azdır.
Təkcə iyul ayında BTC vasitəsilə 15,847 milyon barel neft nəql edilib. Bu isə 2025-ci ilin iyul ayı ilə müqayisədə 1,101 milyon barel və ya 6,5 faiz azalma deməkdir. pizza sifarişi
Xatırladaq ki, 2025-ci il ərzində Türkiyə ərazisindən BTC kəməri ilə ümumilikdə 206,434 milyon barel neft nəql olunub.
Hazırda BTC əsasən Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Kəmərlə həmçinin digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Avqust 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















