Icma.az
close
up
RU
BTQ beynəlxalq konfrans keçirdi Foto

BTQ beynəlxalq konfrans keçirdi Foto

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Hindistan Hökumətinin sikh icması və digər etnik qruplara qarşı bütün dünya boyu təqiblərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Axar.az xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) və Sikh Federasiyasının birgə təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Sikhlərin müqaviməti və BMT” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu konfrans sikh icmasının üzləşdiyi problemlərin beynəlxalq müstəvidə, xüsusilə BMT platformasında gündəmə gətirilməsi baxımından əlamətdar hadisədir. Konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsinin iştirakı BMT sisteminin məsələni diqqətlə izlədiyini və mövzunun beynəlxalq insan hüquqları institutları tərəfindən ciddi maraq doğurduğunu göstərən mühüm göstəricidir.

Tədbirdə Kanada, Böyük Britaniya, Avstraliya, ABŞ, İsveçrə və digər ölkələrdə fəaliyyət göstərən sikh diasporunun tanınmış nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri, həmçinin Hindistan hökumətinin həyata keçirdiyi təqib və repressiv siyasətdən birbaşa zərər çəkmiş şəxslər iştirak ediblər.

Konfransın əsas məqsədi Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi siyasətin, xüsusilə sikh icmasına qarşı yönəlmiş təqib və təzyiqlərin beynəlxalq müstəviyə çıxarılması, həmçinin bu halların insan hüquqları və fundamental azadlıqlar baxımından yaratdığı risklərə beynəlxalq təşkilatların diqqətini çəkməkdir.

Tədbir çərçivəsində çıxış edən BTQ-nin İcraçı direktoru Abbas Abbasov, Sikh Federation təşkilatının rəhbəri Bual Moninder, təşkilatın Birləşmiş Krallıq üzrə icraçı direktoru Dabinderjit Singh, Sikh Network media platformasının sədri Khatkar Jaswinder Singh və digərləri Hindistan hökumətinin müxtəlif ölkələrdə yaşayan sikh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi transmilli təzyiq və təhdidlər barədə danışaraq, belə halların getdikcə daha da artdığını vurğulayıblar. Bildirilib ki, Hindistanda aparılan repressiv siyasət nəticəsində bir çox sikh fəalları və etnik azlıqların nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalıb və hazırda müxtəlif ölkələrdə fəaliyyətlərini davam etdirirlər.

Qeyd olunub ki, xaricdə fəaliyyət göstərən sikh təşkilatlarının rəhbərlərinə, ictimai fəallara və onların ailə üzvlərinə qarşı yönəlmiş təhdidlər, təqiblər və hücumlar fundamental hüquq və azadlıqlar üçün ciddi təhlükə yaradır. Konfrans iştirakçıları vurğulayıblar ki, bu cür halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət məsələyə daha diqqətlə yanaşmalı, beynəlxalq təşkilatlar və insan hüquqları institutları Hindistan hökumətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün təzyiqləri gücləndirilməlidir.

Tədbirdə BMT və onun müvafiq qurumlarının sikh mövzusunu gündəliyinə çıxarması, habelə Hindistandakı müxtəlif etnik və dini xalqların hüquqlarının tanınmaması və kobud pozuntu hallarının sistemli şəkildə sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xüsusi məruzəçilərin təyin edilməsi istiqamətində işlərin başlanmasına dair razılığa gəlindi.

Bildirildi ki, beynəlxalq səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin gücləndirilməsi, eləcə də bu məsələlərin beynəlxalq təşkilatların gündəliyində daha geniş yer alması sikh icmasının və digər etnik xalqların hüquqlarının qorunmasına töhfə verəcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Mart 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri