Icma.az
close
up
RU
BTQ nin təşkil etdiyi beynəlxalq konfrans dünya mediasında

BTQ nin təşkil etdiyi beynəlxalq konfrans dünya mediasında

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkil etdiyi neokolonializm və qlobal bərabərsizliyə həsr olunmuş beynəlxalq konfrans dünya mediası və akademik dairələrin diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, Kamerunda fəaliyyət göstərən və ABŞ, Böyük Britaniya, Çin də daxil olmaqla 10-dan çox ölkədə təmsil olunan “Kesmonds International University”nin rəsmi internet səhifəsində konfransa dair “Colonial Inequality in Focus: Reflections from the Baku Initiative Group Conference” (“Müstəmləkə bərabərsizliyi diqqət mərkəzində: Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi konfransdan düşüncələr”) adlı analitik məqalə dərc olunub.

Məqalədə qeyd edilir ki, tədbirdə ilk dəfə olaraq müstəmləkə ərazilərində birbaşa fəaliyyət göstərən antropoloqlar və psixoterapevtlər, müstəmləkəçilik mövzusuna həsr olunmuş Virtual Muzey layihəsində iştirak edən ekspertlər, eləcə də həmin ərazilərdəki müstəqillik hərəkatlarının rəhbərləri və neokolonializm üzrə ixtisaslaşmış tədqiqatçılar bir araya gəliblər. Eyni zamanda, universitet nümayəndələrinin iştirakı Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin geniş coğrafiyanı əhatə etdiyini göstərir.

Analitik materialda vurğulanır ki, müxtəlif sahələrdən olan ekspertlərin vahid platformada toplanaraq kolonializm və neokolonializmin ağır nəticələri, tarixi ədalət və məsuliyyət məsələlərini müzakirə etməsi BTQ-nin qlobal səviyyədə nüfuzlu diskussiya platformasına çevrildiyini nümayiş etdirir.

Konfrans çərçivəsində kolonializm və neokolonializmin yaratdığı qlobal bərabərsizlik, iqtisadi istismar, yerli əhalinin torpaqlarından məhrum edilməsi, sərvətlərin qeyri-bərabər bölüşdürülməsi, məcburi əmək və köləlik, irqi ayrı-seçkilik, təhsilə çıxışın məhdudlaşdırılması kimi problemlər geniş şəkildə müzakirə olunub. Xüsusilə Haitinin müstəqillikdən sonra üzərinə qoyulan təzminat öhdəlikləri nəticəsində uzunmüddətli borc yükü altında qalması nümunə kimi diqqətə çatdırılıb.

Məqalənin sonunda qeyd olunur ki, Bakı Təşəbbüs Qrupu yalnız tarixi ədalət məsələlərini gündəmə gətirməklə kifayətlənmir, həm də müasir dünyada bu problemlərin aradan qaldırılması üçün davamlı və konstruktiv həll yolları təklif edən qlobal düşüncə platforması kimi çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri