Icma.az
close
up
RU
BTQ bütün dünyanın Fransa haqqında bilməli olduğu iyrənclikləri üzə çıxarır Deputat

BTQ bütün dünyanın Fransa haqqında bilməli olduğu iyrənclikləri üzə çıxarır Deputat

Icma.az bildirir, Milli.az portalına istinadən.

Fransanın Dənizaşırı məsələlər üzrə naziri Manuel Vals Bakı Təşəbbüs Qrupunu tanımadığını bildirir. Bununla belə tanımadığı quruma cavab verməyə məcbur olur, müraciətlə bağlı açıqlama vermək ehtiyacı duyur. Əlbəttə ki, onlar BTQ-in fəaliyyəti ilə yaxından tanışdırlar, onun hər addımını izləyirlər və bu fəaliyyət onları təşvişə salır. Çünki BTQ bütün dünyanın Fransa haqqında bilməli olduğu iyrənclikləri üzə çıxarır.

Trend xəbər verir ki, bunu deputat Pərvanə Vəliyeva deyib.

"Özünü demokratiyanın vətəni adlandıran Fransanın özündən on min kilometrlərlə uzaqda yaşayan digər xalqların torpaqlarını 21-ci əsrdə belə müstəmləkə altında saxlamaqda davam etməsi, onlara öz müqəddəratını təyinetmə hüququnu tanımaması barədə artıq dünya ictimaiyyəti davamlı olaraq BTQ vasitəsilə, onun həyata keçirdiyi beynəlxalq tədbirlərlə məlumatlandırılır. Buna görə də, imperiya təfəkkürlü bütün rəsmilər narahatlıq keçirirlər", - o qeyd edib.

Deputatın sözlərinə görə, Fransanın koloniyalarında azadlıq hərəkatlarının, siyasi fəalların Fransaya qarşı müqavimətinin səbəbkarı BTQ deyil, rəsmi Paris və onun həyata keçirdiyi sərt kolonial siyasətdir:

"BTQ-in fəaliyyəti isə beynəlxalq hüquq çərçivəsindədir. Bu ərazilərin Fransaya tarixən heç bir aidiyyəti olmayıb və onlar işğal edilərək özünküləşdirilməyə çalışılıb. 17-ci əsrdə qul ticarətinin genişlənməsi ilə 1635-ci ildə Martinik və Qvadalupun Fransa müstəmləkəsinə çevrilməsindən başlayaraq, 1883-cü ildə isə Vyetnamın son olaraq Fransa tərəfindən işğal edilməsi baş vermişdi. Fransız tacirlər bu ərazilərdə yaşayan insanları qul kimi işlədir, satır, alır, ucuz işçi kimi faydalanırdılar. Torpaqların təbii və mədəni sərvətlərini də daşıyıb Parisə aparırdılar. Xalqların dillərini, mədəniyyətlərini, dinlərini, irqlərini dəyişmək, fransızlaşdırmaq üçün əllərindən gələni edirdilər.

1946-cı ildə BMT Baş Assambleyası özünüidarəetmə hüququ verilməyən 74 ərazini siyahıya aldı. Bu ərazilər arasında Fransız Qvianası, Martinik və Yeni Kaledoniya kimi Fransanın zəbt etdiyi torpaqlar da var idi. 1947-ci ildə isə Fransa bu ərazilər haqqında BMT-yə hesabat verməyi dayandırdı və onları BMT-nin nəzarətindən çıxardı. Bu, BMT-nin özünüidarəetmə üzrə standartları tam formalaşdırmasından əvvəl baş verdi - bu standartlar isə yalnız 1960-cı ildə Dekolonizasiya Bəyannaməsi ilə müəyyən edildi.

Fransa 1947-ci ildə, 1946-cı ildə qəbul edilmiş Dördüncü Respublikanın Konstitusiyasını əsas gətirərək, müstəmləkələrini birtərəfli qaydada BMT siyahısından çıxarmışdı. Bu addım beynəlxalq hüququn normalarını pozdu və Fransaya bağlı ərazilərin tam və hərtərəfli dekolonizasiyasına mane oldu.

1953-cü ildə BMT qərara aldı ki, bir ərazinin Tam Özünüidarəetmə Səviyyəsinə çatıb-çatmadığına nəzarət edən dövlətlər deyil, məhz BMT olmalıdır. Fransanın 1947-ci ildə öz ərazilərini BMT nəzarətindən çıxarması kolonial düşüncə tərzi və irqi ayrı-seçkilik yeritməklə əlaqəli idi.

BMT-nin siyahıdan çıxarılan əraziləri yenidən siyahıya qaytarması təxminən 40 il çəkdi. Kanaki (Yeni Kaledoniya) və Ma'ohi Nui (Fransız Polineziyası) müvafiq olaraq 1986 və 2013-cü illərdə yenidən BMT-nin qeyri-muxtar ərazilər siyahısına qaytarıldı. Digər Fransa əraziləri, məsələn, Vallis və Futuna, Qvadelup və Martinik isə hələ də "asılılıq vəziyyətində olan periferiyalar" olaraq qalır".

Millət vəkili əlavə edib ki, BTQ beynəlxalq QHT olaraq həmin ərazilərin dekolonizasiyası üçün Fransa hökuməti ilə Kanaki arasında vasitəçilik edə bilər:

"Bununla bağlı BTQ Fransanın Dənizaşırı ərazilər nazirinə məktub da ünvanlayıb.

QHT-lər vətəndaş cəmiyyəti diplomatiyası çərçivəsində vasitəçi və ya təşviqatçı rolunu oynaya bilərlər.

Məsələn, İtaliyada fəaliyyət göstərən Sant'Egidio Cəmiyyəti (katolik QHT) 1992-ci ildə Mozambikdə vətəndaş müharibəsini bitirən sülh danışıqlarına vasitəçilik etmişdi. Bu, bir QHT-nin münaqişə tərəfləri arasında uğurla vasitəçi olduğuna nümunədir.

İnanırıq ki, BTQ də bu məsələdə uğurlu vasitəçi ola bilər".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Aprel 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri