Icma.az
close
up
RU
Bu 2 ölkə arasında yeni MÜHARİBƏ başlayır

Bu 2 ölkə arasında yeni MÜHARİBƏ başlayır

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

"ABŞ eyni vaxtda bir neçə istiqamətdə ciddi geosiyasi çağırışlarla üz-üzə qaldığı bir vaxtda əsas rəqibi Çinlə münasibətlərdə də yeni gərginlik xətti formalaşır".

Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Vaşinqtonun İran, Qəzza və Rusiya-Ukrayna müharibəsi ilə bağlı siyasəti davam edərkən Pekinlə iqtisadi, hərbi və texnoloji rəqabət getdikcə daha təhlükəli mərhələyə keçir:

"ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına son müsahibəsində bildirib ki, Vaşinqtonla Pekin arasında istənilən iqtisadi və ya hərbi qarşıdurma bütün dünya üçün böyük fəlakətlə nəticələnə bilər. Rubionun sözlərinə görə, yaranmış mürəkkəb vəziyyət diqqətlə idarə edilməli və ABŞ-nin milli maraqları qurban verilməməlidir. Dövlət katibi Pekinlə dialoqa baxmayaraq, ölkəsinin milli və təhlükəsizlik maraqlarından geri çəkilməyəcəyinə də işarə edib. Onun "biz bu prosesləri tənzimləməliyik, ancaq dövlət maraqlarımızdan da əl çəkə bilmərik. Xarici siyasətin ən çətin işi də elə budur" cümləsi bundan xəbər verir. Rubio bunu deyərkən Tayvanı xatırladıb".

Elxan Şahinoğlunun fikrincə, bu məsələdə əsas mübahisə mövzularından biri məhz Tayvandır:

"Rubio Vaşinqtonun təzyiq və ya məcburiyyət yolu ilə Tayvan ətrafındakı status-kvonu dəyişdirmək üzrə hər hansı cəhdə qarşı çıxdığını bildirib. "Biz hazırkı status-kvoda heç bir dəyişikliyi dəstəkləmirik. Məcburiyyət və təzyiq vasitəsilə status-kvonun hər hansı formada dəyişdirilməsinin əleyhinə olardıq" - deyən dövlət katibi Vaşinqtonun ikitərəfli görüşlər zamanı bu mövqeyi Çin tərəfinə aydın şəkildə çatdırdığını xatırladıb".

Politoloq bildirib ki, Rubionun açıqlamalarında Vaşinqtonun Çinlə münasibətlərə yanaşmasının ziddiyyətli tərəfləri də görünür:

"Rubio bir tərəfdən Pekinlə normal münasibətlərə çalışdığını, digər tərəfdən Vaşinqtonun Tayvan məsələsində qəti mövqeyindən geri çəkilmədiyini bildirib. Halbuki, Pekinin qərarı qətidir: "Tayvan Çinə aiddir və birləşmə prosesinə heç bir dövlət, o cümlədən ABŞ mane olmamalıdır". Pekin Vaşinqtonun dünyadakı resurslar uğrunda sərt mübarizəsindən də şikayətçidir. Süni intellekt sahəsi iki ölkə arasında kəskin rəqabət meydanına çevrilib".

Elxan Şahinoğlu vurğulayıb ki, Çin özünü dünyaya geniş şəkildə təqdim edilməli olduğunu söyləyən aşağı qiymətli, açıq mənbəli süni intellekt texnologiyasının çempionu kimi təqdim edir. Mövcud durum Ağ Ev administrasiyasını ciddi narahat edir:

"Tramp administrasiyası hesab edir ki, Çin süni intellekt modellərini tənzimləmək yolunu seçib. Pekin isə əksinə, ABŞ-ni "süni intellekt hegemonluğunda" günahlandırır. Digər tərəfdən, Çin hakimiyyəti süni intellekt sistemlərinin sərt senzura filtrlərini aşa biləcəyindən narahatdır. Çinin süni intellekt sahəsində ABŞ ilə rəqabət aparmaq üçün qlobal təşkilat yaratması qərarı Pekinin Vaşinqtonu qabaqlamaq istəyindən irəli gəlir. Çinin rəhbərliyi ilə ötən ay qurulan Ümumdünya Süni İntellekt Əməkdaşlıq Təşkilatına (WAICO) 29 ölkə qoşulub. Təsis müqaviləsi Şanxayda keçirilən mərasimdə imzalanıb. Çin süni intellekt sahəsində ətrafına daha çox tərəfdaş toplamaqla Vaşinqtonun "Süni intellekt Fəaliyyət Planı" ilə rəqabətə hazırlaşır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Avqust 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri