Icma.az
close
up
RU
Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Bu 4 bürcü qarşıdakı ayda böyük dəyişikliklər gözləyir

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

22 avqustda başlayan Qız bürcü mövsümü 22 sentyabra qədər davam edəcək. Astroloji şərhlərə görə, bu dövrdə nizam-intizam, gündəlik rejim və şəxsi inkişaf ön plana çıxacaq. Xüsusilə Əkizlər, Qız, Oxatan və Balıqlar bürclərinin həyatında mühüm dəyişikliklərin yaşanacağı bildirilir.
Şir mövsümünün hərəkətli və bəzən xaotik atmosferindən sonra Başak dövrü həyatın yenidən qaydaya salınması üçün əlverişli mərhələ hesab olunur. Gündəlik vərdişlər, iş həyatı, şəxsi qayğı və gələcəklə bağlı planlar bu müddətdə daha çox diqqət çəkəcək.
Əkizlər daxili dönüşüm yaşayacaq
Əkizlərin xarici aləmdən bir qədər uzaqlaşaraq öz daxili dünyalarına yönələcəyi gözlənilir.
Ailə, keçmiş və insanın özü ilə münasibəti ön plana çıxacaq. Bəzi Əkizlər dost çevrəsindən qısa müddətlik uzaqlaşaraq qorxularını, davranışlarını və istəklərini sorğulaya bilərlər.
Bu proses asan olmasa da, sonda onların özlərini daha güclü və özünəinamlı hiss etməsinə səbəb ola bilər. Əkizlər üçün bu dövr daha çox daxili dəyişiklik və özünü tanıma mərhələsi olacaq.
Qızlar özlərinə qayıdır
Qız bürcləri üçün ilin ən əhəmiyyətli dövrlərindən biri başlayır. Günəşin Qız bürcünə keçməsi ilə onlar özlərini yenidən kəşf edə və itirdikləri özünəinamı bərpa edə bilərlər.
Ad günlərinin də yaxınlaşması Qızların özlərinə daha çox vaxt ayırmasına şərait yaradacaq. Son dövrdəki qeyri-müəyyənliklərdən sonra daha sakit, nəzarətli və əmin hiss etmələri mümkündür.
Astroloji şərhlərdə xüsusilə 28 avqustdakı Ay tutulmasına diqqət çəkilir. Qızlara bu tarix ətrafında yaranan çaşqınlıq səbəbindən tələsik qərarlar verməmələri tövsiyə olunur.
Oxatanları karyerada fürsətlər gözləyir
Oxatanların karyera sahəsində mühüm imkanlarla qarşılaşacağı bildirilir. Lakin şəxsi həyatda yaşanan problemlər bu uğurlara kölgə sala bilər.
Xüsusilə romantik münasibətlərdəki mübahisələrin iş həyatına təsir etməsi Oxatanların diqqətini yayındıra və onları yorğun sala bilər. Buna görə iş və şəxsi həyat arasında sərhəd qoymaq vacib olacaq.
Mütəxəssislər stress yaşayan Oxatanların gün ərzində qısa fasilələr verməsinin və bir neçə dəqiqəlik tək qalaraq dincəlməsinin faydalı ola biləcəyini bildirirlər.
Balıqlar münasibətlərdə sınaqdan keçəcək
Bu mövsümün Balıqlara ən böyük təsiri münasibətlər sahəsində olacaq. Romantik münasibətlərlə yanaşı, dostluqlar və sosial çevrə ilə əlaqələr də gündəmə gələcək.
Bəzi Balıqlar uzun müddətdir görməzdən gəldikləri problemlərlə üzləşə bilərlər. Yaxın hesab etdikləri insanlarla fikir ayrılığı yaşamaq və heç gözləmədikləri şəxslərlə mübahisə etmək ehtimalı da artır.
28 avqustda Balıqlar bürcündə baş verəcək Ay tutulması isə emosiyaların daha intensiv yaşanmasına səbəb ola bilər. Bu səbəbdən Balıqlara hər fikir ayrılığını böyük münaqişəyə çevirməmək və qarşı tərəfin mövqeyini anlamağa çalışmaq tövsiyə edilir.
Leyla
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Avqust 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri