Icma.az
close
up
RU
Bu 7 mövzunu ChatGPT yə qətiyyən demək olmaz

Bu 7 mövzunu ChatGPT yə qətiyyən demək olmaz

Lent az saytına istinadən Icma.az xəbər verir.

Süni intellekt olan ChatGPT qısa müddət ərzində bir çoxları üçün rahat və əvəzolunmaz məsləhətçiyə çevrilib. Bəziləri ondan müxtəlif mövzularda məsləhətlər alır, digərləri isə sadəcə əylənmək üçün onunla ünsiyyət qurur.

Lent.az xəbər verir ki, lakin ekspertlər xəbərdarlıq edirlər — müəyyən mövzular və məlumatlar var ki, ChatGPT-yə bildirilməməlidir. Çünki bu, şəxsi məlumatların açıqlanması riskini yarada bilər.

Şəxsi məlumatlar
ChatGPT-yə aşağıdakı şəxsi məlumatları vermək tövsiyə edilmir:

Pasport məlumatları, VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi), yaşayış ünvanı Cari yeriniz və hərəkət istiqamətiniz Ailə üzvləriniz, uşaqlarınız, iş yeriniz, istirahət etdiyiniz məkanlar və şəxsi həyatınızla bağlı digər detallı məlumatlar Telefon nömrəniz və e-poçt ünvanınız

Bu tip məlumatlar sizin şəxsiyyətinizin müəyyənləşdirilməsi və fəaliyyətinizin izlənilməsi üçün istifadə oluna bilər. Bu səbəbdən, şəxsi məlumatların qorunması baxımından ehtiyatlı olmaq lazımdır.

Şifrələr
Xüsusilə diqqətli olmaq lazım olan mövzulardan biri də şifrələrdir. Heç bir halda ChatGPT-yə aşağıdakı məlumatları vermək olmaz:

Sosial şəbəkə hesablarınızın, e-poçtların, bank xidmətlərinin və digər hesabların şifrələri İki faktorlu autentifikasiya kodları və ya giriş üçün istifadə olunan başqa təhlükəsizlik məlumatları

Bu cür məlumatlar kiberhücumlar və məlumat oğurluğu riskini artırır. Zərərli şəxslər bu informasiyanı əldə edərək sizin hesablarınıza daxil ola və şəxsi məlumatlarınızı oğurlaya bilərlər. Öz təhlükəsizliyiniz üçün belə məlumatları heç bir süni intellekt sisteminə təqdim etmək olmaz.

Maliyyə məlumatları
Heç bir halda ChatGPT-yə aşağıdakı maliyyə məlumatlarını təqdim etmək olmaz:

Bank kartlarının nömrələri Hesab nömrələri CVV kodları və digər ödəniş məlumatları

Bu məlumatlar haker hücumları və məlumat sızmaları zamanı ələ keçə bilər. Dələduzlar bu məlumatlardan istifadə edərək pul oğurluğu edə bilərlər. Bundan əlavə, süni intellekt bəzi hallarda bu məlumatları yadda saxlaya və gələcəkdə başqa istifadəçiyə səhvən ötürə bilər.

İş məlumatları
Eyni qayda işinizlə bağlı məlumatlara da aiddir. Aşağıdakı məlumatları bölüşmək təhlükəlidir:

Şirkətin daxili sənədləri İş hesabatları Müştəri bazaları Layihə planları və məxfi yazışmalar

Məsələn, yaxın keçmişdə Samsung şirkəti ChatGPT-dən istifadəni qadağan etmişdi, çünki mühəndislərdən biri şirkətin daxili proqram kodunu paylaşmış və nəticədə məxfi məlumat sızması baş vermişdi.

Bu cür halların qarşısını almaq üçün məxfi və şəxsi məlumatları süni intellektlə bölüşməkdən çəkinmək vacibdir.

Tibbi məlumatlar
Ekspertlər xəbərdarlıq edirlər: Süni intellekt sizin həkiminiz deyil, buna görə də heç vaxt ChatGPT-dən tibbi diaqnoz və ya müalicə ilə bağlı tam etibarlı məsləhət gözləməyin.

ChatGPT bəzən sağlamlıqla bağlı ümumi tövsiyələr verə bilər, məsələn:

Simptomların izahı Ümumi gigiyena qaydaları Sağlam qidalanma və həyat tərzi ilə bağlı məlumatlar

Lakin bu məlumatlara 100% etibar etmək olmaz. ChatGPT səhv və ya yarımçıq tibbi məsləhət verə bilər, və bu məsləhətlərin nəticəsində baş verənlərə heç bir təşkilat və ya şəxs məsuliyyət daşımır.

Əgər sağlamlığınızla bağlı ciddi narahatlığınız varsa, yalnız ixtisaslaşmış tibb işçilərinə və rəsmi səhiyyə qurumlarına müraciət edin. ChatGPT həkim məsləhətini əvəz etmir.

Açıq-saçıq və uyğun olmayan məzmun
Əksər süni intellekt çat-botları, o cümlədən ChatGPT, uyğunsuz və açıq-saçıq məzmunu avtomatik olaraq filtrləyir. Bu o deməkdir ki:

Pornoqrafik, erotik və ya seksual xarakterli yazılar Şiddətə, nifrətə və ya diskriminasiyaya çağırışlar Təhqiramiz və etik normalara zidd ifadələr

bu platformalarda qadağandır və belə məzmunu paylaşmaq sizin platformadan bloklanmağınıza yaxud hesabınızın məhdudlaşdırılmasına səbəb ola bilər.

Şəxsi hiss və yaşantılar
Ekspertlər vurğulayırlar: ChatGPT nə psixoloq, nə də şəxsi gündəlikdir. Ona görə də şəxsi hissləriniz, daxili narahatlıqlarınız və ya emosional vəziyyətiniz barədə məlumatları paylaşmaqda ehtiyatlı olmaq vacibdir. Bunun səbəbləri:

Süni intellektə yazdıqlarınız sistem tərəfindən saxlanıla bilər Bəzi hallarda bu məlumatlar digər istifadəçilərə dolayı yollarla ötürülə bilər

Tövsiyə olunur:

Mümkün qədər şəxsi hisslərinizi süni intellektlə deyil, etibarlı psixoloq və ya yaxın insani dəstək vasitəsilə bölüşün Suallar verdikdən sonra söhbətləri silin Həssas mövzularda danışarkən müvəqqəti (incognito rejimə bənzər) söhbət rejimindən istifadə edin

Unutmayın: süni intellekt nə qədər faydalı olsa da, o tam şəxsi və məxfi mühit yaratmaq üçün nəzərdə tutulmayıb. Şəxsi təhlükəsizliyiniz hər şeydən vacibdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyul 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri