“Bu addımlar “məqbul çıxış yolu”nun konturlarını göstərən güclü diplomatik siqnaldır”
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Avropada Fələstinin ardıcıl tanınması – ön sırada Fransanın, ardınca Belçika və Lüksemburqun qərarları – iki dövlətli nizamlanmanı yenidən siyasi mərkəzə gətirdi. Bu addımlar təkcə rəmzi jest deyil, həm də “məqbul çıxış yolu”nun konturlarını göstərən güclü diplomatik siqnaldır: bölgədə sülhü legitim hüquqi çərçivəyə bağlamaq və prosesə beynəlxalq çəkini qaytarmaq”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
Z.Qarayeva bildirib ki, tanınmanın praktik təsiri, onu real alətlərlə tamamlayacaq koordinasiyadan asılıdır: “Əgər Avropa paytaxtları humanitar giriş, atəşkəsin monitorinqi, bərpa maliyyəsi və diplomatik təmsilçiliyin yüksəldilməsi kimi elementləri paketləşdirə bilsə, tanıma kağız üzərində qalmaz və danışıqlar üçün təzyiq, təşviq və resurs kombinasiyasına çevrilər; əks halda, artan gərginlik fonunda simvolik təsirlə məhdudlaşa bilər”.
Röya İsrafilova
Baxış sayı:37
Bu xəbər 25 Sentyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















