Icma.az
close
up
RU
Telefon danışığı Rusiyaya daha çox lazım idi ŞƏRH

Telefon danışığı Rusiyaya daha çox lazım idi ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan təyyarəsinin vurulması və diaspor məsələsi hələ həll olunmayıb

Natiq Miri: “Moskva üzərinə düşən addımları atmasa, Azərbaycan-Rusiya münasibətləri gərginləşə bilər”

Rusiya Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Rusiya rəhbəri dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycan və Rusiya prezidentlərinin keçirdikləri son görüşdə müzakirə olunmuş məsələlərə toxunulub, ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan dövlət başçısı İlham Əliyev arasındakı telefon danışığı çox səmimi və lazımlı söhbət olub. Onun sözlərinə görə, Rusiya lideri Əliyevi ad günü və Yeni il münasibətilə ürəkdən təbrik edib. Mövcud vəziyyət də müzakirə olunub.

Politoloq Natiq Miri "Şərq"ə deyib ki, bu telefon danışığı indiki zamanda daha çox Rusiyaya lazım idi. Ekspert vurğulayıb ki, telefon danışığından öncə Rusiyada Avrasiya İqtisadi Birliyinin və Müstəqil Dövlətlər Təşkilatının qeyri-rəsmi iclasları keçirilib: "Rusiya bu cür toplantılar təşkil etməklə, dünyaya özünü hələ də böyük və aparıcı güc kimi təqdim etmək, imperiya olduğunu nümayiş etdirmək niyyətindədir. Kreml rəhbərinin dəvəti bütün MDB ölkələrinin başçılarına göndərilmişdi. Amma Azərbaycan Prezidenti iş qrafikinin sıxlığı ilə bağlı sözügedən tədbirə qatıla bilmədi. Əvəzində dövlət başçısı MDB-dən daha əhəmiyyətli tədbirlərə qatıldı. Bilirsiz ki, "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məskənləri salınır və hazır olan mənzillərə keçmiş məcburi köçkünlər köçürülür. Deməli, dövlət başçısı "Böyük Qayıdış" prosesini və sakinlərlə görüşü daha mühüm hesab edib. Belə məqamda Rusiya prezidentinin zəngi Kreml rəhbərinin narahatlığını göstərir. Azərbaycan MDB üçün sıradan ölkə deyil. Qlobal səviyyədə bir sıra ilkləri tətbiq edən lokomotiv bir dövlətə çevrilmişik. O səbəbdən Rusiya dövlət başçısının Azərbaycan Prezidentinə zəngi çox vacib və lazımlı dəyərləndirilir". 

N.Miri xatırladıb ki, Düşənbədə iki dövlət başçısının görüşü zamanı Azərbaycan xalqından üzr istənildi: "Eyni zamanda etiraf olundu ki, Azərbaycanın mülki təyyarəsi Rusiyanın hava məkanında vurulub və istintaqın başa çatdırılacağı, məsuliyyəti olanların cəzalandırılacağı, təzminatın ödəniləcəyinə söz verildi. Amma xeyli zaman keçsə də, Rusiyadan ciddi hərəkətlilik görmürük. Rusiya üzərinə düşən addımları atmayıb. Bununla bərabər, Rusiyada Azərbaycan diaspor nümayəndələrinin total sıxışdırılması, istintaqa cəlb olunması nəinki dayanıb, hətta artan xətlə gedir. Görünür, hələ də müəyyən şəbəkələr Azərbaycan-Rusiya münasibətlərinin tənzimlənməsində maraqlı deyillər. Ona görə də Moskva həmin qərəzli şəbəkələrə imkan verməməli və tezliklə öhdəlikləri həyata keçirməlidir ki, iki ölkə arasındakı münasibətlər gərginləşməsin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2025 06:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri