Bu AES də xarici enerji təchizatı kəsildi
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
İyunun 20-də Zaporojye Atom Elektrik Stansiyasının (AES) xarici enerji təchizatı tam kəsilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat yayıb.
Məlumata görə, Ukraynadakı münaqişənin başlanmasından bəri bu hal artıq 20-ci dəfədir qeydə alınır.
"Bu fakt stansiya ərazisində nüvə təhlükəsizliyi ilə bağlı vəziyyətin nə dərəcədə qeyri-sabit olduğunu bir daha sübut edir", - deyə agentlikdən bildirilib.
AEBA-dan əlavə ediblər ki, AES-in yeganə mövcud xarici elektrik ötürücü xətti olan 330 kilovoltluq "Ferrosplavnaya-1"in sıradan çıxmasına səbəb stansiyanın daxili elektrik təchizatı xətlərindəki nasazlıq olub.
Qeyd olunur ki, nüvə təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən reaktorların aktiv zonalarının soyudulması sistemlərini və digər vacib funksiyaları fasiləsiz ehtiyat enerji ilə təmin etmək məqsədilə qəza dizel generatorları avtomatik rejimdə işə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 20 İyun 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















