Icma.az
close
up
RU
Bu avtomobilləri Azərbaycanda yaxın 10 ildə görməyəcəksiniz İLGİNC SƏBƏB

Bu avtomobilləri Azərbaycanda yaxın 10 ildə görməyəcəksiniz İLGİNC SƏBƏB

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

ABŞ-da Waymo, Tesla kimi şirkətlərin istehsal etdiyi avtonom avtomobillər artıq bəzi şəhərlərdə sınaqdan keçirilir. Bəs bu texnologiya yaxın 10 ildə Azərbaycanda da tətbiq oluna bilərmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, süni intellektin tətbiqi ilə idarə olunan avtomobillər dünyada sürətlə inkişaf etsə də, bu texnologiyanın Azərbaycanda tam şəkildə tətbiqi hələ mümkün deyil.
“Bir çox avtomobil istehsalçısı bu istiqamətdə ciddi addımlar atır. Xüsusilə, Tesla şirkəti avtonom idarəetməni inkişaf etdirməkdə israrlıdır. Çində də artıq bir sıra avtomobillər bu sistemlə təchiz olunur. Süni intellekt bəzi məqamlarda insandan üstün ola bilər, lakin onun “hissiyyat” və “intuisiya” kimi qabiliyyətləri yoxdur. İnsan bəzən vəziyyəti hiss edərək düzgün qərar verir. Bu, hələ süni intellektdə mövcud deyil,” – ekspert bildirib.
Onun sözlərinə görə, avtonom avtomobillərin tam etibarlı olması üçün bir çox texnoloji şərtlər yerinə yetirilməlidir:
“Bu sistemlərdə internetin keyfiyyəti, yol infrastrukturunun vəziyyəti, 5G bağlantısı, xəritələmə texnologiyaları mühüm rol oynayır. İnternetin kəsilməsi, sensorlarda yaranan nasazlıq və ya məlumat gecikməsi kimi hallar ciddi təhlükə yarada bilər.
Məsələn, yaxın keçmişdə Tesla avtomobili test zamanı yük maşınına çırpılmışdı. Bu da göstərir ki, sistem hələ tam mükəmməl deyil.”
Ekspert hesab edir ki, süni intellekt bir çox sahədə uğurla tətbiq olunsa da, avtomobil idarəçiliyində risklər minimuma endirilmədən bunun geniş istifadəsi düzgün olmaz:
“Avtonom idarəetmənin Azərbaycanda tətbiqi üçün həm texnoloji infrastruktur, həm də hüquqi baza formalaşmalıdır. Böyük risklərin qarşısı alınmadan bu sistemin real həyatda istifadəsi çətin görünür.”(konkret.az)
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri