Icma.az
close
up
RU
Bu, Azərbaycanın dünyada artan rolundan xəbər verir Markov

Bu, Azərbaycanın dünyada artan rolundan xəbər verir Markov

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

"Çinlə əməkdaşlıq Azərbaycana böyük sərmayədir".

"Unikal" xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov "Moskva-Bakı"ya açıqlamasında deyib. 

O, Azərbaycan Prezidentinin Çinə səfərini son dərəcə vacib hesab edib: "Bu, ölkənin beynəlxalq mövqelərini möhkəmləndirir və inkişafına daha böyük təkan verir. Bu gün dünyanın gözü Çindədir. Qərbdə bu, əsas təhlükələrdən biri hesab olunur. Pekinlə münasibətlərin möhkəmləndirilməsi Rusiya üçün son dərəcə vacibdir. Çinin Azərbaycana maraq nümayiş etdirməsi isə Azərbaycanın dünyada artan rolundan xəbər verir.

Təbii ki, strateji tərəfdaşlığa dair hərtərəfli bəyanatın qəbulu İlham Əliyevin Çinə səfərinin əsas nəticəsidir. Sənəd iki ölkə arasında əməkdaşlığın geniş spektrini əhatə edir: ticarət-iqtisadi və nəqliyyat sahələrində, enerji, təhlükəsizlik sahəsində, ərazi bütövlüyünün qarşılıqlı tanınması, daha ədalətli dünya nizamı və beynəlxalq prinsiplərə uyğunluq uğrunda mübarizədə birgə müqavimət göstərməyə hazır olması qeyd olunur, eyni zamanda geopolitik məsələyə son dərəcə mühüm olan müasir yanaşmanı qeyd edir. 

Praktiki nöqteyi-nəzərdən Azərbaycanın daha böyük ölçüdə nəhəng Çin bazarını açmaq imkanı var ki, bu da son nəticədə müxtəlif sənaye sahələrinin açılmasını, o cümlədən ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Bundan əlavə, Çinlə əməkdaşlıq Azərbaycana böyük sərmayədir".

Sergey Markovun sözlərinə görə, Azərbaycan Çin üçün maraqlı tərəfdaşa çevrilibr: "Bu, bir neçə səbəbə görə Çin üçün maraqlıdır. Birincisi, Çin ABŞ-nin tarif müharibələrinə qarşı koalisiya qurmağa çalışır. İkincisi, Çin Avropa ilə strateji müttəfiqlik yaratmağa çalışır. Və burada Azərbaycan Aİ-nin enerji siyasətində liderlərdən biri kimi öz töhfəsini verə bilər. Üçüncüsü, Azərbaycan Çinin çoxqütblü dünya konsepsiyasını dəstəkləyir. Bu o deməkdir ki, Azərbaycan ÇXR-in siyasətini dəstəkləyir ki, müxtəlif xalqlar öz inkişaflarını sürətləndirmək üçün müxtəlif siyasi sistemlərdən istifadə etməlidirlər və onların demokratiya anlayışı ilə bağlı avropalıların və amerikalıların sınağından mütləq keçməli deyillər.

Nəhayət, İlham Əliyevin əvvəllər Çinə dövlət səfərində olmasına baxmayaraq, bu gün Bakı ilə Pekin arasında münasibətlər intensivləşib. Bakı üçün bu, beynəlxalq arenada irəliyə doğru böyük sıçrayışı simvollaşdırır.

Təbii ki, çoxqütblü dünya quruculuğu və beynəlxalq təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycan ilə Çin arasında qarşılıqlı fəaliyyət Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin yüksəldilməsi baxımından böyük əhəmiyyət kəsb edir".

O, jurnalistin İlham Əliyev Si Cinpinin öz aralarında niyə rus dilində danışıqlar apardıqları ilə bağlı sualını da şərh edib: "İlk növbədə Si Cinpin rus dilini başa düşür, ona görə deyərdim ki, onları birləşdirən dil rus dilidir. İkincisi, bu, iki ölkə üçün açıq-aydın müstəqillik siqnalı, Qərb üçün bir siqnal idi. Moskvada isə Bakı ilə Pekin arasında belə təmaslar çox müsbət qarşılanır. Onlar Moskvanın strateji maraqlarına cavab verir".

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://unikal.az
archiveBu xəbər 25 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri