Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı

Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Rabitəbank-ın maaş kartı sahiblərinə komissiya zərbəsi.
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının göstərdikləri xidmətlərə görə komissiya və tariflər tətbiq etməsi normal təcrübə hesab olunsa da, bəzi hallarda bu şərtlər və xidmət şəbəkəsinin yetərsizliyi vətəndaşlar, xüsusilə də maaş kartı istifadəçiləri üçün ciddi maliyyə yükünə və narazılığa çevrilir. Son dövrlər bu növ problemlərlə gündəmə gələn maliyyə qurumlarından biri də "Rabitəbank" ASC-dir.
Avtosfer.az xəbər verir ki, vətəndaşların Oxu24.com-a verdiyi məlumata  görə, "Rabitəbank"ın maaş kartlarından digər bankların bankomatları vasitəsilə nağd pul çıxarılarkən və ya kartdan karta (card to card) köçürmə əməliyyatları aparılarkən yüksək faiz dərəcəsi ilə komissiya tutulur. Belə ki, vətəndaşlar başqa bankın bankomatından hər 100 manat nağdlaşdırarkən bank tərəfindən düz 3 manat komissiya haqqı kəsilir. Yüksək  tarif kartdan karta pul köçürmələrinə də şamil edilir. Maaş alan sıravi vətəndaş, müəllim və ya dövlət qulluqçusu üçün bu məbləğ kifayət qədər böyük itki deməkdir.
Vəziyyəti daha da qəlizləşdirən əsas amil isə "Rabitəbank"ın xidmət şəbəkəsinin coğrafiyası ilə bağlıdır. Xüsusilə respublikanın bir çox  regionlarında bankın filial və bankomatlarının olmaması və ya olduqca məhdud sayda olması insanları çarəsiz vəziyyətdə qoyur. Bölgələrdə yaşayan maaş kartı sahibləri öz qanuni məvaciblərini komissiyasız nağdlaşdırmaq üçün ya kilometrlərlə məsafə qət edib başqa rayon mərkəzinə getməli, ya da məcbur qalıb yaxınlıqdakı digər bankların bankomatlarından istifadə edərək hər 100 manata görə 3 manat xidmət haqqı ödəməlidirlər. Bu infrastruktur çatışmazlığı vətəndaşların həm vaxt, həm də maddi itki ilə üzləşməsinə, böyük əziyyət çəkməsinə səbəb olur.
Məsələnin hüquqi tərəflərini Oxu24.com-a şərh edən hüquqşünas  Elnur Məmmədov bildirib ki, bankların digər bankomatlar vasitəsilə aparılan əməliyyatlara görə komissiya tutması qanunvericiliyə zidd olmasa da, burada mühüm şəffaflıq meyarları mövcuddur:
“Bankın maaş kartı istifadəçilərindən digər bankların bankomatları vasitəsilə nağd pul çıxarılmasına və ya köçürmə əməliyyatlarına görə komissiya tutması, prinsip etibarilə, qanunvericiliyə zidd hesab edilmir. Lakin belə komissiyaların tətbiqi bir sıra hüquqi şərtlərə riayət olunmaqla mümkündür.
İlk növbədə, bank xidmətlərinə görə tutulacaq tariflər və komissiyalar müştəri ilə bağlanmış müqavilədə, xidmət şərtlərində və ya tarif cədvəllərində aydın şəkildə göstərilməlidir. Müştəri hesab açarkən və ya maaş kartı əldə edərkən həmin şərtlərlə tanış olmaq imkanına malik olmalıdır”.
Onun sözlərinə görə, banklar xidmət haqları və tariflər barədə məlumatı açıq, əlçatan və başa düşülən formada təqdim etməyə borcludurlar. Tariflərdə dəyişiklik edildiyi halda, müştərilər əvvəlcədən məlumatlandırılmalı, bu barədə bankın rəsmi internet səhifəsində, mobil tətbiqində, SMS, elektron poçt və ya müqavilədə nəzərdə tutulmuş digər kommunikasiya vasitələri ilə bildiriş verilməlidir.
Hüquqşünas həmçinin qeyd edib ki, əgər komissiya tutulması barədə məlumat müştəriyə əvvəlcədən açıqlanmayıbsa, yaxud bank tərəfindən təqdim edilmiş tariflərdə belə ödəniş nəzərdə tutulmayıbsa, bu halda istehlakçının məlumatlandırılmaq hüququnun pozulmasından söhbət gedə bilər. Belə hallsarda müştəri bankdan əsaslandırma tələb etmək, şikayət vermək və zərurət olduqda maliyyə ombudsmanına və ya məhkəməyə müraciət etmək hüququna malikdir:
“Nəticə etibarilə, digər bankomatlardan nağdlaşdırma və köçürmələrə görə komissiya tutulması qanunvericiliyə uyğun sayıla bilər, lakin bunun üçün xidmət haqqının məbləği və tətbiq şərtləri müştəriyə əvvəlcədən və şəffaf şəkildə açıqlanmalı, bankın tarif siyasəti müştərinın məlumatlandırılması prinsiplərinə uyğun həyata keçirilməlidir”.
E.Məmmədovun rəyindən də göründüyü kimi, bankın tarif müəyyən etmək hüququ olsa da, istehlakçıların hüquqlarının qorunması və şəffaflıq ali prinsip olmalıdır. Regionlarda bankomat şəbəkəsini qurmayan və vətəndaşı faktiki olaraq digər bankların xidmətindən istifadə etməyə məcbur qoyan maliyyə qurumlarının yüksək faiz dərəcələri tətbiq etməsi isə sosial narazılığı artırır. Maddi çətinlik çəkən və bölgələrdə infrastruktur azlığından əziyyət çəkən vətəndaşlar mövcud tarif siyasətinə yenidən baxılmasını tələb edirlər.
Qeyd edək ki,Azərbaycan Mərkəzi Bankının aylıq açıqlamalarında "Rabitəbank" ən çox şikayət olunanlar sırasında yer alır.Rəsmi statistikaya nəzər saldıqca bu ilin əvvəlindən hər ay bankdan şikayətçi olan vətəndaşların faizi artıb.Aprel ayında bankdan şikayət indeksi 1.46 faiz olub. bu isə onları sarı siyahıya salıb.
Oxu24.com məsələ ilə bağlı "Rabitəbank"a sorğu ünvanlasa da,yazı yayımlanana qədər sorğuya cavab verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 İyun 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri