Icma.az
close
up
RU
Bu binada cəmi 5 ailə qalıb Onlar da şikayətçidir

Bu binada cəmi 5 ailə qalıb Onlar da şikayətçidir

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının mərkəzində yerləşən bina ilə bağlı növbəti dəfə şikayət var. Bir il əvvəl saytımıza müraciət edən sakinlər söküntü ilə bağlı narahatlıqlarını bildirmişdilər, amma onlar məsələnin hələ də həllini tapmadığını deyirlər. 

Bu dəfə “Qafqazinfo”ya eyni ünvanda - Neftçilər prospekti 14-də yaşayan Vüqar Qonaqov müraciət edib.

Şikayətçinin sözlərinə görə, binada insanlar yaşadığı halda söküntü aparılır, mənzillərə ziyan vurulur: “Hətta mən evdə olmayanda avadanlıqlarımı sökərək mənzilimi yararsız hala salıblar. 1983-cü ildə istifadəyə verilən 9 mərtəbəli yaşayış binası ilə bağlı problemlər illərdir davam edir. 2011-ci ildə binanın üstündə əlavə mərtəbə və restoran tikilməsinə cəhd göstərilsə də, sakinlərin etirazından sonra işlər dayandırılmışdı. 2013-cü ildə isə bina qəzalı elan edildi. Burada yaşayanlara hər kvadratmetr üçün 1500 manat kompensasiya təklif olundu və bəzi ailələr köçürüldü. Bununla razılaşmayan vətəndaşların məhkəməyə müraciətindən sonra aparılan tikinti-texniki ekspertiza binanın dayanıqlığına təsir edən hər hansı amilin olmadığını, yalnız kosmetik təmirə ehtiyac duyulduğunu müəyyən etdi və məcburi köçürülmə prosesi dayandırıldı”.

Vətəndaş deyir ki, 2025-ci ilin may ayından etibarən binanın sökülməsi və ərazidə yeni yaşayış kompleksinin tikilməsi prosesi yenidən başlayıb: “Bunun üçün bizə hər kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub, razılaşmayanlara isə binanın istənilən halda söküləcəyi bildirilib. Nəticədə 44 ailənin də mənzili satılıb, hazırda binada cəmi 5 ailə yaşayır. Bununla belə binada hələ də sakinlər yaşadığı halda söküntü işləri aparılır. Pilləkənlər, məhəccərlər və digər ümumi istifadə yerləri sökülür, nəticədə insanların həyat və sağlamlığı üçün təhlükə yaranır. Hətta mən olmadığım vaxt naməlum şəxslər evimə daxil olaraq pəncərələri, kombini, sayğacı, isti döşəmə sistemi, elektrik xətləri, kondisioner xətləri, hamam aksesuarları və digər avadanlıqları söküblər. Səbail RİH-yə dəfələrlə şikayət etsək də, bizə inşaat işlərini “PMD Group”un həyata keçirdiyini və onların məsuliyyət daşıdığını deyiblər”. 

Vüqar Qonaqovun iddiasına görə, sakinlərə söküntünün dövlət layihəsi çərçivəsində aparıldığı bildirilsə də, bunu təsdiqləyən rəsmi sənəd təqdim edilməyib.

Səbail Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, hazırda sakinlərə kompensasiya ödənilməklə köçürülmə işləri həyata keçirilir: “Bildiririk ki, aidiyyəti qurumun müvafiq rəyinə əsasən, Səbail rayonu, Mikayıl Useynov küçəsi 14 ünvanında yerləşən yaşayış binası uzun illər təmirsiz istismar nəticəsində deformasiyalara məruz qalıb və hazırda qəzalı vəziyyətdədir.

Sözügedən ünvanda yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olması ilə əlaqədar həmin binada yaşayan sakinlərin kompensasiya ödənilməklə köçürülmə işləri həyata keçirilir. Hazırda sakinlərin bir çoxunun köçürülməsi təmin edilib, digər sakinlərlə danışıqlar aparılır”.

“PMD Group” MMC-nin də mövqeyini öyrənmək məqsədilə şirkətlə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verilmədi.

Fatimə Şahverdiyeva 







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Avqust 2026 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri