Icma.az
close
up
RU
Bu binanın ətrafında dayanmayın: Elə görüntülər yayıldı ki... RƏSMİ

Bu binanın ətrafında dayanmayın: Elə görüntülər yayıldı ki... RƏSMİ

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Abşeron rayonu, Xırdalan şəhərində inşa edilən 16 mərtəbəli yaşayış binası ilə bağlı yayılan görüntülər narahatlıq yaradıb. Belə ki, kadrlarda mənzilin betonunun ovulduğu görülüb. Əksəriyyət bu cür binaları “pullu qəbir” adlandıraraq narazılıqlarını bildiriblər. Ekspertlər hesab edirlər ki, belə struktur problemləri binanın keyfiyyətinə və təhlükəsizliyinə ciddi təsir göstərə bilər.

Fövqəladə Hallar Nazirliyi (FHN) binalara necə nəzarət edir – hər mərtəbə yoxlanılır, yoxsa ümumi baxış keçirilir? Belə hallarda binanın istismarı dayandırılmalıdırmı?

Globalinfo.az-a danışan inşaat mühəndisi Vəli Cəfərov deyib ki, sözügedən binada, nəinki yaşamaq, hətta ətrafında dayanmaq belə təhlükəlidir:

Vəli Cəfərov

“Hadisəyə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi dərhal reaksiya verməli və hərəkətə keçməlidir. Binanın inşası zamanı istifadə olunan materialların keyfiyyətinə nəzarəti S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu həyata keçirir. Oradan nümunələr götürülür və 7 gün ərzində sınaqlar aparılır. Tikinti normalara uyğun deyilsə, məsələn, 350 marka beton əvəzinə yalnız 100-120 marka istifadə olunubsa, tikinti dərhal dayandırılır. Görüntülərdə göstərilən beton da əslində 100-120 marka səviyyəsindədir, yəni tələb olunanın təxminən 30 faizini ödəyir. Belə hallarda növbəti mərtəbənin inşasına icazə verilmir. Hazırkı vəziyyətdə orada betonun qalıcı olmasını təmin edən əsas element armaturlardır və binanın struktur təhlükəsizliyi ciddi şəkildə risk altındadır”.

Məsələ ilə bağlı FHN-lə əlaqə saxladıq. Qurumdan bildirildi ki, “Çinar AN” MTK tərəfindən  2015-2018-ci illərdə inşa edilən 16 mərtəbəli yaşayış binasının A blokunun 16-cı mərtəbəsində betonun ovulması ilə bağlı daxil olmuş məlumata əsasən mütəxəssislər bina sakinlərinin iştirakı ilə qeyd olunan ünvana baxış keçirib:

“Baxış zamanı A blokunu 16-cı mərtəbəsində yerləşən 104 saylı 3 otaqlı mənzilin təqribən 15m2 tavan və rigelin bir hissəsi olmaqla (beton pompasının işini asanlaşdırmaq məqsədi ilə sement-qum məhlulunun tökülməsi nəticəsində) betonun ovulması faktı müəyyən edilib. Mənzilin digər təmirsiz otaqlarının yerində Şimit çəkici ilə yoxlanması nəticəsində betonun möhkəmliyinin ekspertizadan keçmiş layihəyə uyğun olduğu müəyyən edilib.

Sakinlərin iştirakı ilə binanın digər mərtəbələrindəki təmirsiz mənzillərdə (14-cü mərtəbədə mənzil 86, 90 və 3-cü mərtəbədə mənzil 9) yerində yoxlama aparılıb. Binanın qeyd olunan hissələrində yerləşən konstruktiv elementlərdə betonun möhkəmliyinin ekspertizadan keçmiş layihəyə uyğun olduğu müəyyən olunub. Aparılmış yoxlama nəticəsində binanın ümumi dayanıqlılığına təsir edən hallar müəyyən edilməyib”.

Belə binalar yüzlərlə . Giymətdə kosmik giymət.
Allah uzağ eləsin , sabah zəlzələyə tab gətirəcək ?
Nəsə olsa günah yer süpürəndə tapacağlar yada ” oxranda “.
Nə gədər haram yemək olar ?
Sonrada o pula yagin ki Həccə gedərlər !

Posted by Azer Efendi Asmm on Sunday, August 31, 2025

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri