“Bu, böyük məsuliyyətdi” yığmamızın yeni baş məşqçisi
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Bilindiyi kimi, AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında Vitali Borisov futzal yığmasının baş məşqçisi postundan uzaqlaşdırıldı. Həmin vəzifəni artıq “Araz-Naxçıvan”ın da çalışdırıcısı olan Yevgeni Kukseviç icra edəcək. Rusiyalı mütəxəssislə birillik müqavilə imzalandı.
“Football-plus.az” təyinatı haqda fikirlərini öyrənmək məqsədilə Kukseviçlə əlaqə saxlayıb. Onun cavabı:
“Bəli, bundan sonra Azərbaycan milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərəcəm. Bu, böyük məsuliyyətdi. Yeni komanda araya-ərsəyə gətirəcəyik. Yığma gənc futzalçılardan qurulacaq. Bizi qarşıda xeyli iş gözləyir. İnkişaf edə bilmək üçün beynəlxalq yoldaşlıq oyunları keçirmək lazımdı. Bu yöndə işlər görüləcək. Ümid edirəm ki, mənə həvalə edilən vəzifənin öhdəsindən gələcəm və etimadı doğruldacam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 27 İyun 2025 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















