Icma.az
close
up
RU
“Bu, cəmiyyətin mənəvi dəyərlərinə qarşı yönəlmiş təhdiddir” Elçin Mirzəbəyli

“Bu, cəmiyyətin mənəvi dəyərlərinə qarşı yönəlmiş təhdiddir” Elçin Mirzəbəyli

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Öncə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə sahəsində aparılan sistemli və məqsədyönlü fəaliyyətə görə Milli Koordinatora, Daxili İşlər Nazirliyinə, Dövlət Miqrasiya və Sərhəd Xidmətlərinə, eləcə də digər aidiyyəti dövlət strukturlarına təşəkkürümü bildirirəm.
İnsan alveri insan ləyaqətinin, hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan ağır cinayətdir. Bu yalnız fərdi deyil, eyni zamanda milli təhlükəsizliyə və cəmiyyətin mənəvi dəyərlərinə qarşı yönəlmiş ciddi təhdiddir. Azərbaycan bu sahədə hüquqi və institusional baza formalaşdırmış, milli və beynəlxalq öhdəliklərə uyğun şəkildə fəaliyyəti təmin edib. Lakin yeni geosiyasi dəyişikliklər, əmək miqrasiyası, rəqəmsal texnologiyaların sürətli inkişafı və münaqişələr yeni çağırışlar yaradır və insan alverinə qarşı mübarizədə daha çevik, qabaqlayıcı yanaşmaları zəruri edir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı deyib.
Elçin Mirzəbəyli əlavə edib ki, bu baxımdan, qanunvericilik və institusional təkmilləşmə ilə bağlı bəzi fikirlərimi diqqətinizə təqdim etmək istəyirəm:” Zənnimcə, Cinayət Məcəlləsinə insan alverinin spesifik formaları – məcburi evlilik, reproduktiv istismar və digər bu kimi məqamlar ayrıca cinayət tərkibi kimi daxil edilməlidir. Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və çəkindirici xarakter daşımalıdır. İnsan alverinə yardım edən və ya ondan qazanc götürən hüquqi şəxslərin məsuliyyəti konkretləşdirilməli, ciddi hüquqi mexanizmlərlə tənzimlənməlidir. Qurbanların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati sanksiyalar sərtləşdirilməli, əmək və miqrasiya münasibətlərində istismarın qarşısını alan mexanizmlər gücləndirilməlidir.
"İnsan alverinə qarşı mübarizə haqqında" Qanunda qurban anlayışı genişləndirilməli, daxili insan alveri xüsusi hüquqi kateqoriya kimi tanınmalı, erkən nikahlar, məcburi əmək və sosial istismarla bağlı ayrıca bölmələr əlavə olunmalıdır.
Reabilitasiya və sosial müdafiə tədbirləri, hüquqi və psixoloji dəstək mexanizmləri qanunvericilikdə dəqiq şəkildə əks olunmalı, bu sahədə qeyri-peşəkar müdaxilələrin qarşısı alınmalıdır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları, sərhədçilər və əmək müfəttişləri üçün ixtisaslaşdırılmış təlimlər mütəmadi təşkil olunmalı, ilkin identifikasiya və müdaxilə prosedurları standartlaşdırılmalıdır.
Regionlarda sığınacaq və reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilməli, onların davamlı maliyyələşməsinin təmin olunması istiqamətində imkanlar nəzərdən keçirilməlidir.
Qurbanlara pulsuz hüquqi yardım, psixoloji xidmət və sosial reinteqrasiya tədbirləri vahid dövlət mexanizmi çərçivəsində daha sistemli şəkildə həyata keçirilməlidir.
Məlumatların mərkəzləşdirilmiş və inteqrasiya olunmuş elektron bazası yaradılmalı, dövlət qurumları arasında informasiya mübadiləsi rəqəmsal əsasda və vahid platforma üzərindən təşkil olunmalıdır.
Transmilli insan alveri ilə mübarizədə readmissiya, qurban mübadiləsi və istintaq əməkdaşlığı üzrə beynəlxalq hüquqi bazanın əhatə dairəsi genişləndirilməli, xüsusilə xaricdə işləyən vətəndaşlarımızın hüquqları diqqət mərkəzində saxlanılmalıdır.
Rəqəmsal platformalar və sosial şəbəkələrdə insan alveri risklərinə qarşı texnoloji nəzarət alətləri tətbiq olunmalı, qanunvericilikdə bu sahəyə dair konkret mexanizmlər müəyyən edilməlidir.
Təhsil müəssisələrində insan alveri ilə mübarizəyə dair kurikulumlar hazırlanmalı, gənclər arasında maarifləndirmə və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilməlidir.
Xaricdə işə düzəltmə fəaliyyəti göstərən vasitəçi agentliklər lisenziyalaşdırılmalı və ciddi nəzarət rejiminə tabe edilməli, qeyri-qanuni vasitəçilik fəaliyyəti sərt cinayət məsuliyyəti yaratmalıdır.
Əziz həmkarlar,
İnsan alverinə qarşı mübarizə yalnız hüquqi sənədlərlə deyil, onların səmərəli tətbiqi, daha geniş monitorinq və ictimai nəzarət mexanizmləri ilə təmin olunduğu zaman daha effektiv ola bilər. Bu günədək sözügedən sahədə göstərilən fəaliyyət də bunu sübuta yetirir. İnsan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması cəmiyyət qarşısında mənəvi borcumuz və gələcək nəsillər qarşısında cavabdehliyimizdir. Bu işdə bütün aidiyyatı qurumlara uğurlar arzulayıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 May 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri