Icma.az
close
up
RU
Bu cərimələr silinə bilər

Bu cərimələr silinə bilər

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Bir çox insan müxtəlif səbəblərlə, məsələn, vaxtı ikən karantin qaydalarını pozduğuna, ya da yol hərəkəti qaydalarını düzgün yerinə yetirmədiyinə görə cərimələnib. Bəziləri bu cərimələri vaxtında ödəyib, bəziləri isə illərdir ki, ödəməyib. Bəs görəsən, bu cərimələr vaxt keçdikcə silinə bilər?

Hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlamasında bildirib ki, əgər hər hansı bir inzibati cərimə və ya inzibati qaydada tənbeh tətbiq olunmuş protokol qüvvədədirsə, o, yalnız yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən ləğv olunduğu halda hüquqi qüvvəsini itirə bilər. Əks halda, bu cərimə qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.

Onun sözlərinə görə, bəzi hallarda cərimənin ödənilməməsi, yəni məsuliyyətdən azad olunması mümkündür:

“Belə ki, iki əsas hüquqi mexanizm mövcuddur. Birincisi İnzibati Xətalar Məcəlləsinin 145-ci maddəsinə əsasən, əgər inzibati məsuliyyət müəyyən edən norma qüvvədən düşübsə, barəsində icraat aparılan şəxs artıq məsuliyyət daşımır. Hətta şəxs dünyasını dəyişibsə, bu halda da icraata xitam verilir. Həmçinin fiziki və hüquqi şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunduqdan sonra bir il müddətində həmin cərimələr ödənilmirsə, avtomatik olaraq həmin cərimələrin tələb olunması yolverilməzdir.

Digər bir halda isə, Konstitusiyanın 149-cu maddəsinin VI bəndində və İnzibati Xətalar Məcəlləsində qeyd edilir ki, hüquqi və fiziki şəxslərin məsuliyyətini yüngülləşdirən və ya vəziyyətini yaxşılaşdıran qanunlar geriyə şamil olunur. Bu o deməkdir ki, əgər hər hansı əməl əvvəllər inzibati xəta sayılırdısa, lakin sonradan bu norma qüvvədən düşübsə, həmin cərimələrin silinməsi mümkündür”.

E.İsayev qeyd edib ki, inzibati cərimə qərarı qüvvəyə mindiyi gündən etibarən 30 gün ərzində ödənilməlidir. Əgər cərimə məhkəmə qərarı ilə tətbiq olunubsa, bu halda ödəniş 10 gün ərzində həyata keçirilməlidir:

“Əgər cərimə vaxtında ödənilməzsə, bu zaman İcra haqqında Qanuna uyğun olaraq, məsələ icra məmuruna yönləndirilir və cərimənin məcburi şəkildə tutulması prosesi başlayır. Bu zaman vətəndaşın əmlakına və ya bank hesablarına yönəlik tədbirlər görülə, şəxsin ölkədən çıxışı məhdudlaşdırıla bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 İyul 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see535

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see451

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see358

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see341

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see300

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see291

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see291

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see243

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see237

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see224

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see219

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see218

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see217

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see216

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see215

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see211

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see205

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see187

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see187

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri